NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Qara qızılımızın qiymətində nə dəyişiklik var?

© AFP 2023 / MLADEN ANTONOVBakıda neft buruqları, arxiv şəkli
Bakıda neft buruqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
2007-ci ildən "Kompleks Qazma İşləri" Tresti ümumilikdə 1,7 milyon metrə yaxın qazma işləri aparıb və 1038 quyunu sifarişçiyə təhvil verib.
BAKI, 9 mart — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,7% və ya 7,28 dollar artaraq 135,99 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 5-də (118,78) qeydə alınmışdı.
2007-ci ildən "Kompleks Qazma İşləri" Tresti ümumilikdə 1,7 milyon metrə yaxın qazma işləri aparıb və 1038 quyunu sifarişçiyə təhvil verib.
SOCAR-ın yaydığı məlumata görə, Azərbaycanın neft-qaz çıxarma sənayesində böyük təcrübəyə malik, axtarış-kəşfiyyat qazma işlərini və müxtəlif quyu xidmətlərini yüksək keyfiyyətlə həyata keçirən "Kompleks Qazma İşləri" Tresti 15 ildir ki, fəaliyyət göstərir.
Məlumatda deyilib ki, 2007-ci ildən Xəzər dənizində yerləşən, dünyanın ən mürəkkəb yataqlarından olan "Bulla dəniz", "Ümid", "Günəşli", "Neft Daşları"nda, eləcə də Azərbaycanın digər sahələrində, ümumilikdə 1,7 milyon metrə yaxın qazma işlərinin aparılması və 1038 quyunun sifarişçiyə təhvil verilməsi müəssisənin əzmkar və peşəkar komandasının uğurudur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaz - Sputnik Azərbaycan, 1920, 07.03.2022
TƏHLİL
“Absurd” – ekspert Avropanın Rusiya qazından asılılığının azaldılması ideyaları barədə
Xəbər lenti
0