CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü külək əsəcək - paytaxt sakinlərinə xəbərdarlıq!

© pixabay / Roberto BarresiGüclü külək, sahilə çırpılan dalğalar
Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Çaylarda sululuğun artacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
BAKI, 9 mart - Sputnik. Bakıda və Abşeron yarımadasında martın 9-u axşamdan 10-u səhərədək arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Martın 10-dan 11-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında martın 9-da günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 13-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Qeyd edək ki, ikinci ongünlükdə ölkə ərazisində birinci ongünlüyə nisbətən hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı, temperatur rejiminin aşağı olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 08.03.2022
HADİSƏ
Sabahın hava proqnozu açıqlanıb
Xəbər lenti
0