NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Avropada qazın qiyməti şahə qalxıb

© AFP 2023 / RODGER BOSCHqaz
qaz - Sputnik Azərbaycan, 1920, 09.03.2022
Abunə olmaq
Martın 7-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq 3 900 dollaradək yüksəlib. Bu gün isə aprel fyuçersləri açıqlanıb.
BAKI,97 mart — Sputnik. Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 300 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
"APA-Economics" xəbər verir ki, 9 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 2 336,6 dollar təşkil edib, bu da gün ərzində 9%-lik artım deməkdir.
Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimuma çatıb, 3 900 dollaradək yüksəlib.
***
07.03.2022
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti tarixi rekordu yeniləyib.
"APA-Economics"in məlumatına görə, 7 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 3 000 dolları ötüb.
Beləliklə Avropada qazın qiyməti 3 639,1 dollar təşkil edib ki, bu da öncə ki hesablama qiyməti (2 170,2 dollar) ilə müqayisədə 67,7% çoxdur.
***
Avropada qazın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, London birjasının məlumatına görə, Avropada qaz fyuçersləri 1000 kubmetr üçün 3000 dolları keçərək, bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Aprel fyuçerslərinin qiyməti ticarətin açılışında min kubmetr üçün 2366,8 dollar təşkil edib və bir neçə dəqiqə ərzində 2500 dolları ötüb.
Artıq bir neçə aydır ki, Avropa qaz bazarında qiymətlərin bahalaşması hökm sürür.
Ötən ilin yazında qiymətlər min kubmetr üçün 250-300 dollar səviyyəsində dəyişib, avqustun sonunda 600 dollara qalxıb, oktyabrda ilk dəfə mini, dekabrda isə iki mini keçib. Sonra bir qədər geri çəkilmə baş verib, lakin qiymətlər davamlı olaraq yüksək olaraq qalıb.
Mütəxəssislər bunu Avropanın yeraltı anbarlarında qazın az olması, əsas təchizatçıların məhdud təchizatı və Asiyada mayeləşdirilmiş təbii qaza tələbatın yüksək olması ilə əlaqələndiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0