CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhlükə olsa hara sığınaq? Sığınacaqlar barlara çevrilib

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidSığınacaq
Sığınacaq - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Ekspertin fikrincə, əhali bilmir ki, Bakıda həyacan siqnalı verildikdə nə etmək lazımdır.
BAKI, 5 mart — Sputnik. Ukraynada baş verən hərbi əməliyyatlardan sonra əhalinin metrodan, binaların zirzəmilərindən sığınacaq kimi istifadə etməsi mülkü müdafiə tədbirləri məsələsini aktiallaşdırıb. Sputnik Azərbaycan ölkəmizdə fövqəladə hallarda, hərbi vəziyyətdə sığınacaqların olub-olmadığını, dövlətin belə vəziyyətlərə nə dərəcədə hazır olmasını araşdırıb.
Polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bu problemin ölkəmiz üçün də aktual olduğunu bildirib. Ekspert deyib ki, Ukraynada baş verənlər hər bir ölkənin bu cür hadisələrə hazır olmasını zəruri edir:
"Çox təəssüf ki, bu məsələdə çox acınacaqlı vəziyyət yaranıb. Heç kəs zəmanət verə bilməz ki, sabah Bakı, Azərbaycanın digər böyük şəhərlərinə belə təhlükə yaranmayacaq. Bakı milyonlarla əhalisi olan şəhərdir. Burada hər bir şey saat dəqiqliyi ilə işləməlidir. Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərlikləri bir yerə toplaşaraq bu məsələni həll etməlidirlər. Gözləməməlidirlər ki, hər hansı təhlükə olduqdan sonra ümid yeri metrolar, keçidlər olsun. Bununla məsələ həll olunan deyil. Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran kimi iri şəhərlərdə sığınacaq məsələsi həll olunmaldır".
© Photo : Elchin Murad / TeleqrafHərbi ekspert Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov   - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Hərbi ekspert Üzeyir Cəfərov
Ü.Cəfərovun sözlərinə görə, sığınacaq üçün lazımlı yerlərin çoxu məmurlar tərəfindən satılıb:
"Çox təəssüf ki, bizim acgöz məmurlar fövqəladə və hərbi vəziyyətlərdə insanların son ümid yeri olan sığınacaqları satıblar. Bu gün həmin sığınacaqlarda bar, kafe, gecə klubları, mağazalar fəaliyyət göstərir. Ukraynada baş verənlər göstərdi ki, qəfil hərbi və fövqəladə vəziyyətdə insanlar sığınacaq axtarır. Bunu vaxtında həll etmək lazımdır ki, insanların təhlükəsizliyi təmin olunsun".
Ekspert bildirir ki, Ukraynada baş verən hadisələrdən sonra bu məsələ gündəmə gəldiyindən Azərbaycanda aidiyyatı qurumlar çıxış yolları axtarmalıdırlar:
"Gözləmək lazım deyil ki, hər hansı tədid olsun, bundan sonra sığınacaq məsələsi üzərində müzakirə aparılsın. Təəssüf ki, bizdə planlar üzərində mülkü müdafiə ilə bağlı təlimlərin keçirildiyi göstərilsə də, əhali bilmir ki, Bakıda həyacan siqnalı verildikdə nə etmək lazımdır. Bu məsələlər bizdə yox dərəcəsindədir. Amma sənədlər üzərində hər şey qaydasındadır".
Ü. Cəfərovun sözlərinə görə, sığınacaqlar fərqli olur:

"Bir, üç, yeddi günlük və bir aylıq sığınacaqlar olur. Bu sığınacaqlar hava, su və sanitar qovşaqla təmin olunmalıdır".

Hərbi ekspert Ramil Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə mülkü müdafiə sahəsinin inkişafı sovet dövrünə təsadüf edir:
"İkinci Dünya müharibəsindən sonra Azərbaycanın müxtəlif ərazilərində, strateji obyektlərin yaxınlığında sığınacaqlar yaradılmışdı. Sonrakı dövrlərdə bu sığınacaqların sayı artırıldı. Binaların zirzəmilərində sığınacaq üçün yaradıldı. Mülkü müdafiə təyinatı üzrə sənədləşdirilərək həmin qurumların balansına verildi. Müstəqillik dövründə mülki müdafiənin balansında olan sığınacaqlar ictimai iaşə obyektlərinə çevrildi. Bu gün də bu vəziyyət davam edir. Yeni binalarda yeraltı qarajlar sığınacaq təyinatlı olsa da, güclü raket və arteleriya zərbələrindən qorunmaq üçün o qədər də effektiv deyil. Vətən müharibəsindən və Ukraynadakı müharibəsindən sonra bu məsələ ciddi düşünülməli, yeni binlarada sığınacaqlar inşa edilməli, əhalinin nüvə zərbələrindən də qorunmasına imkan verməlidir. Bu hal-hazırda FHN-nin imkanlarında deyil. Çünki, sığınacaqların çoxu artıq özəlləşdirilib. Ona görə də, məsələyə yenidən baxılmalı, bunun gələcəkdə fəsadlarının necə olacağı barədə düşünülməli, lazımi iş aparılmalıdır".
Fövqəladə Hallar Nazirliyindən isə bu məsələ dövlət əhəmiyyətli olduğundan heç bir açıqlama verilmədiyini bildirdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bina - Sputnik Azərbaycan, 1920, 04.03.2022
CƏMİYYƏT
Ukraynada hərbi əməliyyatlar Bakıda daşınmaz əmlak bazarına mənfi təsir göstərəcək
Xəbər lenti
0