Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Laçında iki hərbçimiz itkin düşüb

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, dərhal axtarış tədbirlərinə başlanılıb.
BAKI, 5 mart - Sputnik. Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Sputnik Azərbaycan bər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Xəbərə görə, hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, dərhal axtarış tədbirlərinə başlanılıb.
"Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək", - MN-dən bildirilib.
***
2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıtdan Bakıda yola düşüb. Bundan sonra ondan xəbər olmayıb.
Aparılan axtarış tədbirləri nəticəsində Vüsal Hüseynli üç gün sonra hərbi polis tərəfindən tapılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0