CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bağçalarda yerlər olduqca azdır - Ombudsman

© Official website of President of Azerbaijan RepublicUşaq bağçası, arxiv şəkli
Uşaq bağçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Müvəkkil bildirib ki, məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsilinin olması həmin uşağın inkişafına təkan verə biləcək ciddi amildir.
BAKI, 5 mart — Sputnik. Məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması, burada təlim-tərbiyə prosesinin məzmunca yenilənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bununla belə, məktəbəqədər təhsillə əhatə səviyyəsi hələ də tələblərə cavab vermir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Ombudsmanın illik məruzəsini təqdim edən zaman deyib.
O qeyd edib ki, məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsilinin olması həmin uşağın inkişafına təkan verə biləcək ciddi amildir.
"Lakin məktəbə hazırlıq üçün dövlət büdcəsindən maliyyələşən uşaq bağçalarının və oradakı uşaq yerlərinin sayı məktəbəqədər hazırlıq yaşında olan uşaqların sayından olduqca azdır. Bu da əksər hallarda azyaşlı övladlarını uşaq bağçalarına yerləşdirmək istəyən valideynlərin çətinliklərlə üzləşməsinə səbəb olur", - deyə S.Əliyeva bildirib.
© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Koronavirusa qarşı tədbirlər karantin rejiminin getdikcə yumşaldılmasına şərait yaradıb
O bildirib ki, bütün dünyanı bürüyən, ölkəmizdə də yayılan koronavirus (COVID-19) pandemiyası şəraitində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, əhalinin sağlamlığının qorunması, sosial-iqtisadi problemlərinin həlli üzrə yeni yanaşmalar müəyyən edilərək tətbiq olunub.
O qeyd edib ki, pandemiyaya qarşı mübarizə çərçivəsində ictimai səhiyyə, habelə iqtisadi və sosial sahələrdə görülmüş cavab tədbirləri, müalicə və vaksinasiyanın hər kəsə əlçatan olması infeksiyanın yayılmasının qarşısının mümkün qədər alınmasına imkan verib.
Ombudsman qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, qabaqlayıcı profilaktik tədbirlərin vaxtında və davamlı olaraq həyata keçirilməsi karantin rejiminin doğurduğu məhdudiyyətlərin getdikcə yumşaldılmasına şərait yaradıb.
"Təqdirəlayiq haldır ki, qayğıya ehtiyacı olan sosial qrupların dəstəklənməsinə ünvanlanmış layihələrin icrası dayandırılmamışdır. Belə ki, ölkədə əməkhaqlarının, pensiya və müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması, aztəminatlı ailələrin, xüsusilə sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün əhəmiyyətli addımlar atılmış, ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanmasına təminat yaradılıb", - deyə o bildirib.
Ölkədə nə qədər uşaq bağçaya gedir?
Qeyd edək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır. 346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb və ailələrin tərkibi 3569 nəfərdir. Azərbaycanda 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. İlin əvvəlinə olan məlumata görə, bağçalarda 17218 nəfər işləyir.
Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.
Onu da xatırladaq ki, martın 4-ə olan məlumata görə, son sutka ərzində Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 1 185 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Омбудсмен Азербайджана Сабина Алиева, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.01.2022
SİYASƏT
Ombudsman erməni nümayəndəyə nə cavab verdi?
Xəbər lenti
0