NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti yenə bahalaşdı

© REUTERS / PASCAL ROSSIGNOLneft
neft - Sputnik Azərbaycan, 1920, 05.03.2022
Abunə olmaq
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,52% və ya 0,61 dollar artaraq 118,78 dollar təşkil edib.
BAKI, 5 mart — Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,52% və ya 0,61 dollar artaraq 118,78 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, bu ilin fevral ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 98,72 ABŞ dollarına bərabər olub. Bu, 2021-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 35,98 dollar və ya 57,3 çoxdur. Bu ilin yanvar ayı ilə müqayisədə isə fevralda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 9,32 dollar və ya 10,4% artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0