Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Avtomobil qəzasında həlak olan hərbçimizlə vida mərasimi başlayıb

© AFP 2023 / TOFIK BABAYEVБронетранспортер азербайджанских ВС в городе Тертер, Азербайджан
Бронетранспортер азербайджанских ВС в городе Тертер, Азербайджан - Sputnik Azərbaycan, 1920, 04.03.2022
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.
BAKI, 4 mart — Sputnik. Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımovla vida mərasimi başlayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, mərasim şəhidin vaxtı ilə yaşadığı - paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evində keçirilir. Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasim başa çatandan sonra mərhum İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.
***
10.35
Azərbaycan Ordusunun əsgəri avtomobil qəzasında həlak olub. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. Məlumatda qeyd edilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0