https://sputnik.az/20220303/rusiyanin-bmt-tehlukesizlik-surasindan-cixarilmasi-absurddur---zaxarova-439807070.html
Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması absurddur - Zaxarova
Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması absurddur - Zaxarova
Zaxarova: Əgər biz indi eşitdiyimiz hər bir cəfəng bəyanatı şərh etməyə başlasaq, ancaq bununla məşğul olmağa məcbur olacağıq. 03.03.2022, Sputnik Azərbaycan
2022-03-03T13:54+0400
2022-03-03T13:54+0400
2022-03-03T16:15+0400
bmt
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
böyük britaniya
mariya zaxarova
kiyev
rusiya prezidenti vladimir putin
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e6/03/03/439805090_0:137:3073:1865_1920x0_80_0_0_a2dd8b0bc5aa44c5a648d50f931ebe4d.jpg
BAKI, 3 mart — Sputnik. Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasının mümkünlüyü ilə bağlı bəyanatlar absurd səslənir.Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Soloviev Live" "YouTube" kanalının efirində deyib."Əgər biz indi eşitdiyimiz hər bir cəfəng bəyanatı şərh etməyə başlasaq, ancaq bununla məşğul olmağa məcbur olacağıq. Onlar getdikcə daha çox absurd çağırışlar, bəyanatlar və ən əsası hədə-qorxu ilə çıxış edəcəklər. Qərbdəkilər özləri də "mümkün və ya qeyri-mümkünü başa düşmürlər. Çünki onlar hüquqi kursdan çoxdan əl çəkiblər. Onlar hüquqdan öz fəaliyyətlərinin bazası kimi istifadə etmirlər", - diplomat bildirib.Bundan öncə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməklə beynəlxalq hüququ pozduğunu və buna görə bu ölkənin beynəlxalq arenadan təcrid edilməsinə çağırış etmişdi."ABŞ Rusiya diplomatik missiyaları və diplomatlarının ölkədən çıxarılmasına dair məsələlərdə riyakar mövqe tutur. ABŞ, Almaniya, Polşa, Ukraynadan olan telefon terrorçuları Rusiyanın xaricdəki diplomatlarının işinə mane olmağa çalışırlar. Qərb Vaşinqtonun görünməmiş təzyiqi şəraitində yenidən qruplaşmağa çalışır. Ukraynadakı vəziyyət məcburiyyətdən qaynaqlanan bir vəziyyətdir" - Rusiya XİN sözçüsü əlavə edib.Zaxarova deyib ki, "Moskva Ukrayna ətrafında vəziyyətin bu cür inkişafının qarşısını almağa cəhdlər göstərirdi, lakin Qərb buna göz yumurdu. İndi isə məsuliyyəti boynundan atır".Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/03/439805090_0:0:2731:2048_1920x0_80_0_0_507f86602b97dc6134f65db532b86286.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bmt, böyük britaniya, mariya zaxarova, kiyev, rusiya prezidenti vladimir putin
Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması absurddur - Zaxarova
13:54 03.03.2022 (Yenilənib: 16:15 03.03.2022) Zaxarova: Əgər biz indi eşitdiyimiz hər bir cəfəng bəyanatı şərh etməyə başlasaq, ancaq bununla məşğul olmağa məcbur olacağıq.
BAKI, 3 mart — Sputnik. Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasının mümkünlüyü ilə bağlı bəyanatlar absurd səslənir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Soloviev Live" "YouTube" kanalının efirində deyib.
"Əgər biz indi eşitdiyimiz hər bir cəfəng bəyanatı şərh etməyə başlasaq, ancaq bununla məşğul olmağa məcbur olacağıq. Onlar getdikcə daha çox absurd çağırışlar, bəyanatlar və ən əsası hədə-qorxu ilə çıxış edəcəklər. Qərbdəkilər özləri də "mümkün və ya qeyri-mümkünü başa düşmürlər. Çünki onlar hüquqi kursdan çoxdan əl çəkiblər. Onlar hüquqdan öz fəaliyyətlərinin bazası kimi istifadə etmirlər", - diplomat bildirib.
Bundan öncə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməklə beynəlxalq hüququ pozduğunu və buna görə bu ölkənin beynəlxalq arenadan təcrid edilməsinə çağırış etmişdi.
"ABŞ Rusiya diplomatik missiyaları və diplomatlarının ölkədən çıxarılmasına dair məsələlərdə riyakar mövqe tutur. ABŞ, Almaniya, Polşa, Ukraynadan olan telefon terrorçuları Rusiyanın xaricdəki diplomatlarının işinə mane olmağa çalışırlar. Qərb Vaşinqtonun görünməmiş təzyiqi şəraitində yenidən qruplaşmağa çalışır. Ukraynadakı vəziyyət məcburiyyətdən qaynaqlanan bir vəziyyətdir" - Rusiya XİN sözçüsü əlavə edib.
Zaxarova deyib ki, "Moskva Ukrayna ətrafında vəziyyətin bu cür inkişafının qarşısını almağa cəhdlər göstərirdi, lakin Qərb buna göz yumurdu. İndi isə məsuliyyəti boynundan atır".
Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.