Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Baydenin bəyanatı Rusiyanı qorxutmaq cəhdidir - Ryabkov

© Thomas Peter / Pool Photo via APRusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov  - Sputnik Azərbaycan, 1920, 03.03.2022
Abunə olmaq
Fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
BAKI, 3 mart — Sputnik. "ABŞ prezidenti Co Baydenin Rusiya ilə münasibətlərin tamamilə kəsilməsi ilə bağlı bəyanatı Rusiyanı qorxutmaq cəhdidir. Heç kim ABŞ-la dialoqu kəsmir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Bu, bizi qorxutmaq üçün növbəti cəhddir. Amma biz hədə-qorxuya boyun əymirik. Bir daha deyirəm və vurğulayıram ki, biz inamla, sakit işləyirik. Qarşımızda konkret vəzifələr var, onlarla məşğul olacağıq. Heç kim ABŞ-la dialoqu kəsmir. Bu dialoqun formatları, kanalları ayrı məsələdir və bu kanalların konfiqurasiyası bizim qarşımızda duran vəzifələrin xüsusiyyətlərindən asılıdır", - Ryabkov RBK-ya müsahibəsində bildirib.
Qeyd edək ki, Co Bayden Rusiya-ABŞ münasibətlərinin tamamilə kəsilmə dövrünü yaşadığını bildirib.
Xatırladaq ki, fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0