DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiya Belarusa qarşı sanksiya tətbiq edəcək

© Joe Raedle / Getty Images / AFPİmza
İmza - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
BAKI, 2 mart – Sputnik. Yaponiya bu həftə Belarusa qarşı sanksiya tətbiq edə bilər.
Sputnik Azərbaycan bildirir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kisida deyob.
“Belarusa qarşı sanksiyalara gəlincə, onun Rusiyanın Ukraynaya müdaxiləsində açıq-aşkar iştirakı olduğu üçün, hesab edirəm ki, onların başda prezidentləri Lukaşenko olmaqla bəzi şəxslərinə, təşkilatlarına qarşı sanksiyalar, ixracın məhdudlaşdırılması tədbirləri bu həftə tətbiq oluna bilər”, - Kisida parlamentdə büdcə müzakirələri zamanı bildirib.
Bu arada, Yaponiya sakinlərindən Ukraynada Rusiyaya qarşı döyüşmək istəyənlər var. Yaponiyanın “Mayniti” qəzeti yazır ki, təxminən 70 könüllü Ukraynada əcnəbi legiona yazılmaq fikrindədir. Onlardan 50-si özünümüdafiə ordusunun keçmiş hərbçiləridir.
Rusiyaya qarşı sanksiyalar
Ötən istirahət günü Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediblər. Avropa İttifaqı istənilən Rusiya hava gəmisinə Aİ ərazisində uçmağı, enməyi qadağan edib. Üstəlik Aİ şirkətləri Rusiyaya mülki təyyarə və onların ehtiyat hissələrini sata bilməzlər.
Vaşinqton da ölkənin hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bundan başqa, ABŞ Prezidenti Cozef Bayden söz verib ki, Rusiya iqtisadiyyatına təzyiqi artırmaqda davam edəcək.
“Rubl dəyərinin 30%-ni, Rusiya Fond bazarı 40%-ni itirib və orada alqı-satqı dayandırılıb. Rusiya iqtisadiyyatı ləngər vurur və bunda da Putin günahkardır”, - Bayden Konqresdə çıxışında deyib.
ABŞ Prezidenti antirusiya sanksiyalarının nəticələrinə görə ölkəsinin biznesini və istehlakçılarını qorumaq üçün bütün alətləri işə salacağını əmin edib.
O əlavə edib ki, ABŞ Ədliyyə Nazirliyi nəhəng rusiyalı sahibkarların izlənməsi və aktivlərinin “ovlanması” üçün xüsusi qrup yaradıb.
Ukraynada nə baş verir
Fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0