Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

ABŞ-dan Rusiyaya qarşı qadağalar və Baydenin açıqlamaları

© REUTERS / JOSHUA ROBERTSKapitoli
Kapitoli - Sputnik Azərbaycan, 1920, 02.03.2022
Abunə olmaq
Cozef Bayden Konqresdə çıxış edərək Ukraynadakı vəziyyət və Rusiyaya qarşı sanksiyalardan danışıb.
BAKI, 2 mart – Sputnik. Vaşinqton ölkənin hava məkanını Rusiya təyyarələri üçün bağlayır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamı Konqresdə çıxış edərkən deyib.
Bütün növ aviareyslərə qadağa
“Bu gün bəyan edirəm ki, Rusiyanın daha çox təcrid olunması üçün biz müttəfiqlərimizin ardınca Amerika hava məkanını bütün Rusiya aviareyslərinə bağlayırıq və onların iqtisadiyyatına təzyiqi artırırıq”,- o söyləyib.
ABŞ Nəqliyyat Nazirliyinin məlumatına görə, ABŞ-ın hava məkanından istifadəyə qadağa Rusiya ilə bağlı bütün təyyarələrə, o cümlədən çarter reyslərinə də aid edilir.
“Bildiriş Rusiya ilə bağlı istənilən şəxsin nəzarət etdiyi, qeydiyyatdan keçirdiyi, sertifikat verdiyi bütün təyyarələrə aiddir. Buraya çarter reyslər də daxildir”, - məlumatda bildirilir.
Bu arada Boeing də Rusiya aviaşirkətlərinə daha texniki dəstək göstərməyəcək. Rusiya şirkətlərinə ehtiyat hissələrinin tədarükü, xidmət və texniki dəstək, eləcə də Moskvadakı əsas əməliyyatlar dayandırılıb.
Dünya Putinə qarşı
Cozef Bayden Konqresdə çıxışında vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin indiyədək görünməmiş həddə dünya tərəfindən təcrid olunub.
ABŞ Prezidentinin fikrincə, Rusiya Ukrayna ərtafında vəziyyətin yoluna qoyulmasında diplomatik səyləri rədd edib.
“Putinin müharibəsi əvvəlcədən planlaşdırılmışdı, təhrik olunmuş deyildi, Putin bütün diplomatik səyləri rədd etdi. O elə bilirdi ki, Qərb və NATO cavab verməyəcəklər, hesab edirdi ki, bizi ayıra bilər. Putin yanıldı. Biz hazır idik”, - Bayden bildirib.
Eyni zamanda o qeyd edib ki, amerika əsgərləri Ukraynada Rusiyaya qarı döyüşməyəcəklər.
“Bizim qüvvələrimiz Ukraynada Rusiya qoşunları ilə münaqişəyə girmir və girməyəcək də. Bizim qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün getmir. Əgər Putin Qərbə doğru hərəkətini davam etdirərsə, bizim qoşunlar NATO üzrə müttəfiqlərimizi müdafiə edəcək”, - Bayden vurğulayıb.
“Ukraynadakı hərbi münaqişə Rusiyanı zəiflədəcək”
Baydenin fikrincə, Ukraynadakı hərbi münaqişə Rusiyanı zəiflədəcək, qalan dünya ölkələrini isə yalnız gücləndirəcək.
“İstəyirəm biləsiniz ki, bizim işlərimiz qaydasında olacaq. Bu dövrün tarixi yazılanda Putinin Ukraynaya qarşı müharibəsi Rusiyanı zəiflədəcək, dünyanın qalan ölkələri isə savaşdan güclü çıxacaq”, - Bayden Konqres üzvlərinə deyib.
ABŞ Ukraynaya birbaşa 1 milyard dollar verib. Bayden bildirib ki, öz ölkəsini qoruyan Ukrayna xalqına yardım davam etdiriləcək.
“Rubl dəyərinin 30%-ni, Rusiya Fond bazarı 40%-ni itirib və orada alqı-satqı dayandırılıb. Rusiya iqtisadiyyatı ləngər vurur və bunda da Putin günahkardır”, - Bayden çıxışında deyib.
ABŞ Prezidenti antirusiya sanksiyalarının nəticələrinə görə ölkəsinin biznesini və istehlakçılarını qorumaq üçün bütün alətləri işə salacağını əmin edib.
O əlavə edib ki, ABŞ Ədliyyə Nazirliyi nəhəng rusiyalı sahibkarların izlənməsi və aktivlərinin “ovlanması” üçün xüsusi qrup yaradıb:
“Bu gün mən Rusiya oliqarxları və korrupsiyaya bulaşmış liderlərinə “yetər” deyirəm. ABŞ Ədliyyə Nazirliyi rusiyalı oliqarxların cinayətləri ilə məşğul olacaq xüsusi qrup toplayır”.
Ukraynada nə baş verir
Fevralın 24-ü səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Həmin gündən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edirlər. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bomba sığınacaqlarına yollanmağa çağırıb. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Qeyd edək ki, paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb. Bombalanan Ukrayna şəhərləri uğrunda ağır döyüşlər gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0