Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiyaya qarşı sanksiyalar Azərbaycana təsir edəcəkmi - ŞƏRH

© REUTERS / DADO RUVICSanksiyalar
Sanksiyalar - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollara yaxındır. Rusiyaya qarşı sanksiyalar Azərbaycana təsir edəcəkmi? İqtisadçılar məsələni şərh ediblər.
BAKI, 1 mart — Sputnik. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Azərbaycana təsirləri son günlər müzakirə edilən məsələlərdəndir. Bütövlükdə, iqtisadi baxımdan sanksiyalar həmin ölkənin əməkdaşlıq etdiyi digər dövlətlərə təsirsiz ötüşmür.
Ötən il ümumi ixracatımızın 4,1 faizi Rusiyanın payına düşüb
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Rusiya idxalda Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:
"İki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollara yaxındır. Pandemiya səbəbindən bu dövriyyə 2020-ci ildə 2 milyard 671 milyon dollar olub. Həmin il Rusiyaya 710 milyon dollara yaxın məhsul göndərmişik. 2021-ci ildə isə ümumi ixracatımızın 4,1 faizi Rusiyanın payına düşüb. Qeyri-neft ixracatımızın isə 32,3 faizi şimal qonşumuzun payına düşür".
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək
"Göründüyü kimi, ümumi ixrac, yəni ölkəyə daxil olan valyutada Rusiyanın payı yüksək deyil və hətta 5 faizə belə çatmır. Amma turizm istisna olunmaqla neftdən kənar sektorlardan daxil olan valyutanın 1/3-i Rusiyadan daxil olur. Bu isə o deməkdir ki, Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək, amma qeyri-neft sektoru üzrə daxilolmaları azalda bilər"-deyə deputat qeyd edib.
Qadağalar Azərbaycan sahibkarları üçün şimalda əlavə imkanlar yaratmayacaq
Onun sözlərinə görə, sanksiyaların, xüsusən də SWIFT-dən (beynəlxalq banklararası informasiya ötürülməsi və ödənişlər sistemi) uzaqlaşdırmanın Rusiya iqtisadiyyatını zəiflədəcəyi gözləniləndir: "Artıq rublun rəsmi məzənnəsi ilə real, yəni bazar kursu arasında kəskin fərq yaranıb. Rublun zəifləməsi fonunda Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşəcəyi də gözləniləndir. Bu isə Rusiyada idxalın azalmasına səbəb olacaq. Bu kontekstdən Azərbaycanın Rusiyaya ixracatında da azalmaların olacağı istisna deyil. Digər tərəfdən, Rusiyanın oxşar kənd təsərrüfatı məhsulları idxal etdiyi əsas ölkələr hələlik sanksiyalara qoşulmadığı üçün qadağalar Azərbaycan sahibkarları üçün şimalda əlavə imkanlar yaratmayacaq. Əksinə, alıcılıq qabiliyyətinin azalması Rusiyada idxal məhsullarına tələbi azaldacaq".
Deputat bildirib ki, sanksiyalar Rusiyada yaşayan həmyerlilərimizə də təsirsiz ötüşməyəcək: "Bu isə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin azalacağı anlamına gəlir. İl ərzində fərqli vasitələr ilə Rusiyadan Azərbaycana 1 milyard dollardan artıq vəsaitin göndərildiyi güman olunur".
Sahibkarlarımızın alternativ bazarlara çıxışı vacibdir
"Rusiyaya tətbiq edilən sanksiyalar bir daha təsdiq edir ki, sahibkarlarımızın alternativ bazarlara çıxış imkanlarının genişləndirilməsi çox vacibdir. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlarda, o cümlədən Körfəz və Avropa İttifaqı ölkələrinə ixrac həcminin artırmaqla bazarların şaxələndirilməsinə ehtiyac var", - deyə deputat əlavə edib.
© Sputnik / Rashad RashidovKürdəmirdə nar sərgi-satış yarmarkası
Kürdəmirdə nar sərgi-satış yarmarkası  - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Kürdəmirdə nar sərgi-satış yarmarkası
Azərbaycanla Rusiya arasındakı ticarətə ziyan dəyməyəcək
İqtisadçı Vasili Koltaşov isə Rusiyanın SWIFT sistemindən kənarlaşdırılmasının Azərbaycana təsir edib etməyəcəyindən danışıb: "ABŞ faktiki olaraq beynəlxalq maliyyə sistemini dağıdır. Rusiya üçün sistemin bağlanması isə SWIFT-in özü üçün fəlakətə çevirilə bilər, çünki Moskva ticarətini yeni sistemə uyğunlaşdıracaq və bu, ehtimal ki, Rusiya sistemi olacaq. Ümumiyyətlə isə Azərbaycan üçün burada qorxulu heç nə yoxdur. Azərbaycanla Rusiya arasındakı ticarətə, eləcə də bütün Avrasiya ticarətinə ziyan dəyməyəcək".
"Rusiya bankları üçün də qorxulu heç bir şey baş vermir. Onlar yetərli müdafiəyə malikdirlər, yetərincə ehtiyatları var, ABŞ və Böyük Britaniya bankları kimi borclarla yüklənməyiblər", - deyə o bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Bankı ölkənin maliyyə sektoruna qarşı sanksiyalar, o cümlədən SWIFT sistemindən ayrılmaq və Mərkəzi Bankın özünün aktivlərinin dondurulması təhlükəsi barədə məlumat fonunda bildirmişdi ki, bank maliyyə balansını saxlamaq, həmçinin sabitlik və maliyyə sektorunun fəaliyyətinin davamlılığını təmin etmək üçün lazımi resurs və alətlərə malikdir. Tənzimləyici bankları davamlı olaraq rublla nağd və nağdsız likvidliklə təmin edəcəyini bildirib.
"Rusiya bank sistemi sabitdir, istənilən vəziyyətdə fasiləsiz işləmək üçün kifayət qədər kapitala və likvidliyə malikdir. Hesablardakı bütün müştəri vəsaitləri saxlanılır və istənilən vaxt əlçatandır", - Rusiya Bankı vurğulayıb.
Qeyd edilib ki, bank xidmətləri adi qaydada göstərilir, Rusiyadakı bütün bankların kartları da normal işləməyə davam edir. İstənilən ssenaridə ölkə daxilində maliyyə məlumatlarının ötürülməsini Rusiya Bankının SWIFT-in yerli analoqu olan maliyyə məlumatlarının ötürülməsi sistemi (SPFS) tərəfindən təmin edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Манаты и рубли разных номиналов, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2022
İQTİSADİYYAT
Rubl manat qarşısında bahalaşıb
Xəbər lenti
0