CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsmanın məruzəsi müzakirəyə çıxarıldı

© Photo : Ombudsman's Office of AzerbaijanОмбудсмен Азербайджана осуществляет миссию по установлению фактов разрушения кладбищ во время оккупации вооруженными силами Армении Физулинского района
Омбудсмен Азербайджана осуществляет миссию по установлению фактов разрушения кладбищ во время оккупации вооруженными силами Армении Физулинского района - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.
BAKI, 1 mart — Sputnik. Milli Məclisdə bu gün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsi müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Ombudsmanın məruzəsi dinlənildikdən sonra deputatlar məruzəni müzakirə ediblər.
Məruzə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əks olunub ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası Silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 dekabr tarixli Sərəncamına uyğun olaraq, dağılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva  - Sputnik Azərbaycan, 1920, 10.02.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ombudsman Malıbəyli və Quşçular kəndlərində törədilən qətliamlarla bağlı çağırış etdi
Xəbər lenti
0