Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Mən qadınam" qısametrajlı bədii film ssenari müsabiqəsi elan olunub

© AP Photo / Alex SanzKinolent
Kinolent - Sputnik Azərbaycan, 1920, 01.03.2022
Abunə olmaq
Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.
BAKI, 1 mart — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqı "Mən qadınam" qısametrajlı bədii film ssenari müsabiqəsinə start verib.
Azərbaycan Kinematoqrafçılar İttifaqından Sputnik Azərbaycan-a verilən xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd müasir cəmiyyətimizin bütün kataklizmlərinin, ilk növbədə, qadın talelərində əks olunduğunu, sosial və iqtisadi problemlərin daha çox qadınlara zərbə vurduğunu, Qarabağ savaşının gətirdiyi bəlaların, o cümlədən şanlı qələbəmizin əldə edilməsində Azərbaycan qadınının misilsiz rolunu, müstəqillik illərində kinomuzda parlaq qadın obrazlarının azlığını nəzərə alaraq, kinematoqrafiyamızda müasir Azərbaycan qadın qəhrəmanlarının yaradılması işinin təşviq edilməsindən ibarətdir.
Müsabiqəyə təqdim edilən ssenarinin janrından asılı olmayaraq, müasir Azərbaycan qadınının bütün çalarları ilə dolğun obrazının yaradılması, onların şəxsi rifahı və cəmiyyətin məqsədləri uğrunda mübarizəsinin, Şərq və Qərbin qovuşuğunda yaşamanın özəlliklərinin, gender ayrıseçkiliyi fəsadlarının kino dili ilə ifadəsi arzu olunandır.
Müsabiqədə iştirak üçün qısametrajlı (52 dəqiqədən çox olmamaqla) bədii filmin ssenarisi (çap olunmuş variantda 2 nüsxə, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari və müəllif haqda informasiyanın elektron versiyası info@aki.az ünvanına , "ssenari müsabiqəsi" mövzusu göstərilməklə göndərilməlidir.
Ssenarinin çap nüsxələri mayın 15-dək Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.
Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcək. Qalib ssenarilər istehsalı məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcək.
Əlavə məlumat üçün (012)5059533 nömrəsinə zəng vurmaq, yaxud info@aki.az elektron poçtuna yazaraq cavab almaq olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Oğul kinosunun təqdimatı - Sputnik Azərbaycan, 1920, 01.03.2022
MƏDƏNİYYƏT
Karan Sinqin azərbaycanlı hərbi əsir haqda çəkdiyi filmin təqdimatı oldu - VİDEO
Xəbər lenti
0