https://sputnik.az/20220301/karbamid-gubresinin-diger-enenevi-gubrelerden-ustunluyu-nedir---foto-439305000.html
Karbamid gübrəsinin digər ənənəvi gübrələrdən üstünlüyü nədir - FOTO
Karbamid gübrəsinin digər ənənəvi gübrələrdən üstünlüyü nədir - FOTO
Sputnik Azərbaycan
Taxıl əkinlərində yaz tarla işlərinin təşkili və gübrələrdən düzgün istifadəyə həsr olunmuş müşavirədə nədən danışılıb? 01.03.2022, Sputnik Azərbaycan
2022-03-01T07:14+0400
2022-03-01T07:14+0400
2022-03-01T07:14+0400
gübrə
iqtisadiyyat
kənd təsərrüfatı
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439304925_0:42:740:458_1920x0_80_0_0_087dfa597e550603943bcca290062fae.jpg
BAKI, 1 mart - Sputnik. Torpaq münbitliyin mütəmadi olaraq saxlanmasını və yaxşılaşdırılmasını tələb edir. Torpağın düzgün becərilməsi onu minerallar və üzvi maddələrlə təmin edir, lakin bunlar bitkinin qidalanması və inkişafı üçün lazım olan adekvat miqdarda qidanın saxlanmasına kömək etmir. Torpaqdan götürülən qida maddələrinin bərpası üçün gübrələrdən istifadə əhəmiyyətlidir.Sputnik Azərbaycan xəbər verir ki, bu günlərdə Əkinçilik Elmi Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında taxıl əkinlərində yaz tarla işlərinin təşkili və gübrələrdən düzgün istifadəyəyə həsr olunmuş müşavirə keçirilib.Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Tərtər və Bərdə Dövlət Aqrar İnkişaf mərkəzlərinin müdirləri və əməkdaşları, həmçinin ətraf ərazilərdən qabaqcıl fermerlər iştirak ediblər.Tədbirdə çıxış edən İmran Cümşüdov bildirib ki, süni və təbii olmasından asılı olmayaraq gübrələr bitki məhsuldarlığını və inkişafını artıran komponentlərdir. Gübrələr torpağın məhsuldarlığını artırmağa kömək edir və bununla da bitkinin böyüməsini təşviq edir.Peyinlərin kompost kimi istifadəsinin kənd təsərrüfatının özü qədər qədim olduğunu vurğulayan natiq qeyd edib ki, gübrələrin köməyi ilə bitkilər zərərli bitki patogenlərinə, zərərvericilərə və alaq otlarına qarşı davamlı olurlar. Bitkilərdə xəstəliklərin aradan qaldırılması məhsulun dəyərini artırır.Müşavirədə bildirilib ki, müasir sintetik gübrələr bitkilərin qidalanmasında ən vacib olan üç komponentdən ən azı birini özündə birləşdirir: azot, fosfor və kalium. İkinci dərəcəli əhəmiyyətə malik elementlər kükürd, maqnezium və kalsiumdur. Karbamid gübrəsinin ənənəvi istifadə olunan ammonium nitrat gübrəsindən fərqi ilə maraqlanan fermerlərə bildirilib ki, ammonium nitrat əsasən idxal olunur və dünya gübrə bazarında baş verən qiymət artımı bu gübrəni fermerlər üçün əlçatmaz edir. Digər tərəfdən karbamid gübrəsinin tərkibində təsiredici maddə ammonium nitrata nisbətən yüksəkdir."Nəhayət, karbamid gübrəsi fermerlərə ona görə tövsiyə olunur ki, bu gübrə həm keyfiyyət, həm qiymət, həm əlçatanlıq, həm də səmərəlilik baxımından idxal olunan gübrələrlə müqayisədə rəqabətqabiliyyətlidir və məhsul artımına əhəmiyyətli töhfə verir", - deyə şöbə müdiri qeyd edib.Tədbirdə karbamid gübrəsinin taxıl əkinlərinə verilməsinin əhəmiyyəti və verilmə qaydası izah olunub.Daha sonra Tərtər Bölgə Təcrübə Stansiyasının taxıl altında olan əkin sahələrinə karbamid gübrəsinin verilməsi, yaşıl malanin çəkilməsi və herbisidlərdən istifadə əyani olaraq nümayiş etdirilib.Tədbirə qatılan iştirakçılar fürsətdən istifadə edərək ətraf ərazilərdə toxumçuluq fəaliyyəti ilə məşğul olan bəzi fermerlərin əkin sahələrinə baxış keçiriblər.Tədbirin sonunda taxılçılıqda rast gəlinən əsas çətinliklər və onların həlli yolları barədə qarşılıqlı müzakirələr aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439304925_37:0:704:500_1920x0_80_0_0_716b08da326a4adee3b19d9f6cddfaea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
gübrə, kənd təsərrüfatı
Karbamid gübrəsinin digər ənənəvi gübrələrdən üstünlüyü nədir - FOTO
Taxıl əkinlərində yaz tarla işlərinin təşkili və gübrələrdən düzgün istifadəyə həsr olunmuş müşavirədə nədən danışılıb?
BAKI, 1 mart - Sputnik. Torpaq münbitliyin mütəmadi olaraq saxlanmasını və yaxşılaşdırılmasını tələb edir. Torpağın düzgün becərilməsi onu minerallar və üzvi maddələrlə təmin edir, lakin bunlar bitkinin qidalanması və inkişafı üçün lazım olan adekvat miqdarda qidanın saxlanmasına kömək etmir. Torpaqdan götürülən qida maddələrinin bərpası üçün gübrələrdən istifadə əhəmiyyətlidir.
Sputnik Azərbaycan xəbər verir ki, bu günlərdə Əkinçilik Elmi Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında taxıl əkinlərində yaz tarla işlərinin təşkili və gübrələrdən düzgün istifadəyəyə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Tərtər və Bərdə Dövlət Aqrar İnkişaf mərkəzlərinin müdirləri və əməkdaşları, həmçinin ətraf ərazilərdən qabaqcıl fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən İmran Cümşüdov bildirib ki, süni və təbii olmasından asılı olmayaraq gübrələr bitki məhsuldarlığını və inkişafını artıran komponentlərdir. Gübrələr torpağın məhsuldarlığını artırmağa kömək edir və bununla da bitkinin böyüməsini təşviq edir.
Peyinlərin kompost kimi istifadəsinin kənd təsərrüfatının özü qədər qədim olduğunu vurğulayan natiq qeyd edib ki, gübrələrin köməyi ilə bitkilər zərərli bitki patogenlərinə, zərərvericilərə və alaq otlarına qarşı davamlı olurlar. Bitkilərdə xəstəliklərin aradan qaldırılması məhsulun dəyərini artırır.
Müşavirədə bildirilib ki, müasir sintetik gübrələr bitkilərin qidalanmasında ən vacib olan üç komponentdən ən azı birini özündə birləşdirir: azot, fosfor və kalium. İkinci dərəcəli əhəmiyyətə malik elementlər kükürd, maqnezium və kalsiumdur. Karbamid gübrəsinin ənənəvi istifadə olunan ammonium nitrat gübrəsindən fərqi ilə maraqlanan fermerlərə bildirilib ki, ammonium nitrat əsasən idxal olunur və dünya gübrə bazarında baş verən qiymət artımı bu gübrəni fermerlər üçün əlçatmaz edir. Digər tərəfdən karbamid gübrəsinin tərkibində təsiredici maddə ammonium nitrata nisbətən yüksəkdir.
"Nəhayət, karbamid gübrəsi fermerlərə ona görə tövsiyə olunur ki, bu gübrə həm keyfiyyət, həm qiymət, həm əlçatanlıq, həm də səmərəlilik baxımından idxal olunan gübrələrlə müqayisədə rəqabətqabiliyyətlidir və məhsul artımına əhəmiyyətli töhfə verir", - deyə şöbə müdiri qeyd edib.
Tədbirdə karbamid gübrəsinin taxıl əkinlərinə verilməsinin əhəmiyyəti və verilmə qaydası izah olunub.
Daha sonra Tərtər Bölgə Təcrübə Stansiyasının taxıl altında olan əkin sahələrinə karbamid gübrəsinin verilməsi, yaşıl malanin çəkilməsi və herbisidlərdən istifadə əyani olaraq nümayiş etdirilib.
Tədbirə qatılan iştirakçılar fürsətdən istifadə edərək ətraf ərazilərdə toxumçuluq fəaliyyəti ilə məşğul olan bəzi fermerlərin əkin sahələrinə baxış keçiriblər.
Tədbirin sonunda taxılçılıqda rast gəlinən əsas çətinliklər və onların həlli yolları barədə qarşılıqlı müzakirələr aparılıb.