Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İmtahanlarda iştirak üçün "COVID" pasportu tələb olunur?

© Sputnik / Murad Orujov"COVID" pasportu
COVID pasportu  - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
Dövlət İmtahan Mərkəzi imtahanlara necə gəlməyin qaydasını açıqlayıb.
BAKI, 28 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi imtahanlarda iştirakçılardan "COVID-19" pasportunun tələb olunması məsələsinə aydınlıq gətirib.
Sputnik Azərbaycan-a DİM-dən verilən məlumata görə, imtahanlarda iştirak üçün "COVID-19" pasportu tələb olunmur: "İştirakçılar imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və onunla bir yerdə çap olunan “Sağlamlıq haqqında bəyannamə”ni gətirməlidirlər".
Qeyd edək ki, ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur.
III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirilib.
Bildirilib ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları təqdim olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0