Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

BMT TŞ Baş Assambleyanın Ukrayna ilə bağlı xüsusi sessiyasının çağırılmasına qərar verib

© Photo : Twitter / Azerbaijan UNЛоготип ООН в зале заседания, фото из архива
Логотип ООН в зале заседания, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.02.2022
Abunə olmaq
Qətnamənin lehinə 11 ölkə səs verib, 3 ölkə bitərəf qalıb, Çin, Rusiya Federasiyası sənədin əleyhinə səs verib.
BAKI, 28 fevral - Sputnik. BMT Təhlükəsizlik Şurası təşkilatın Baş Assambleyasının Ukrayna üzrə xüsusi sessiyasının keçirilməsinə səs verib.
Qətnamənin lehinə 11 ölkə səs verib, 3 ölkə bitərəf qalıb, Çin, Rusiya Federasiyası sənədin əleyhinə səs verib.
Beləliklə, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş Assambleyanın 377 saylı qətnaməsini qəbul ediblər. Sənəd BMT Baş Assambleyasına daimi üzvlər arasında fikir ayrılığı səbəbindən Təhlükəsizlik Şurasında baxılması mümkün olmayan bir sıra məsələlərin verilməsini nəzərdə tutur.
Report-un məlumatına görə, belə qətnamənin tətbiqi üçün 15 səsdən 9-u lazımdır. Bundan əlavə, veto hüququ belə bir prosedura şamil edilmir.
Sonuncu dəfə BMT Baş Assambleyasının xüsusi sessiyası Fələstin ərazilərindəki vəziyyətlə bağlı 1997-ci ildə çağırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0