Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sahibə Qafarova: “Xocalı soyqırımını törədənlər layiqli cəzasını alacaqlar”

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin Sədri Sahibə Qafarova
Milli Məclisin Sədri Sahibə Qafarova  - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Milli Məclisin sədri deyib ki, misilsiz qəddarlıq nümunəsi olan Xocalı soyqırımı ilə xalqımızın mübarizə əzmini sındırmaq istədilər.
BAKI, 25 fevral — Sputnik. Milli Məclis fevralın 25-də keçirilən plenar iclasında Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat verəcək.
Sputnik Azərbaycan xəbər verir ki, plenar iclasda əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Xocalı soyqırımı son 200 ildə xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq və etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir. Misilsiz qəddarlıq nümunəsi olan Xocalı soyqırımı ilə xalqımızın mübarizə əzmini sındırmaq istədilər. Faciə zamanı əsir götürülən insanların 150-sinin taleyi bu günədək məlum deyil.
Sədr bildirib ki, Xocalı soyqırımı haqqında həqiqətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır: “Xocalı soyqırımı ilə bağlı keçirilən ümumxalq yürüşləri Xocalı soyqırımı ilə bağlı görülən işlərin əsasını təşkil edir. Sabah soyqırımla bağlı növbəti yürüş keçiriləcək”.
S.Qafarova əlavə edib ki, Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlər nəticəsində bir sıra dövlətin parlamentlərində bu akt soyqırımı kimi tanınıb: “Neçə illər keçsə də, Azərbaycan xalqı Xocalı faciəsinin ağrı-acısını unutmayacaq. Əminəm ki, gec-tez ədalət öz yerini tutacaq, bu soyqırımı törədənlər öz layiqli cəzasını alacaqlar”.
Spiker Milli Məclisin Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərin mühüm əhəmiyyət daşıdığını da deyib.
S.Qafarova bildirib ki, Milli Məclisin sədri kimi 75 ölkənin parlament sədrlərinə, 10 beynəlxalq təşkilata Xocalı soyqırımın tanıdılması üçün sənədlər göndərib: “Eyni zamanda Milli Məclisin üzvləri xarici ölkələrdəki həmkarlarına 65 məktub ünvanlayıb”.
Daha sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0