Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Rayon və şəhərlər üzrə maaşlar

Xəbərlərə abunə olun
Yandex newsTelegram
Ötən il muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb. Ölkədə rayon və şəhərlər üzrə orta aylıq əməkhaqqının nə qədər olduğu Sputnik Azərbaycan-ın infoqrafikasında.
Ötən il Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 705,1 min nəfər olub. Ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ən yüksək orta aylıq nominal əməkhaqqı Bakı şəhərində qeydə alınıb. Belə ki, paytaxtda bu göstərici 948,9 manat təşkil edib. İkinci ən çox orta aylıq nominal əməkhaqqı Daşkəsən rayonunda olub - 709,4 manat. Üçüncü yerdə isə 668,1 manat olmaqla Gədəbəy rayonu qərarlaşıb.
Ən yüksək orta aylıq nominal əməkhaqqının olduğu dördüncü yer 647,2 manat olmaqla Sumqayıt şəhəri, beşinci yer isə 626,7 manat olmaqla Sədərək rayonudur.
Ölkə üzrə ən aşağı orta aylıq nominal əməkhaqqı Qax rayonunda qeydə alınıb. Belə ki, rayonda bu göstərici 399,4 manat olub. İkinci ən aşağı orta aylıq nominal əməkhaqqı Zaqatala rayonunda qeydə alınıb - 411,1 manat. Üçüncü yerdə isə 413,6 manat olmaqla Ağdam rayonu qərarlaşıb.
Ən aşağı orta aylıq nominal əməkhaqqının olduğu dördüncü yer 417,1 manat olmaqla Balakən rayonu, beşinci yer isə 420,1 manat olmaqla Xızı rayonudur.
Bundan başqa, Qarabağ iqtisadi rayonu üzrə ötən il orta aylıq nominal əməkhaqqı 437,5 manat təşkil edib. Məsələn, Şuşada bu göstərici 545,1 manat, Füzulidə 467,7 manat, Tərtərdə 430,2 manat olub.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə orta aylıq nominal əməkhaqqı 483,2 manat olub. Bu göstərici Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda 496,7 manat, Kəlbəcər rayonunda 463,2 manat, Qubadlı rayonunda 559,3 manat, Laçın rayonunda 456,6 manat, Zəngilan rayonunda 526,0 manat qeydə alınıb.
Qeyd edək ki, 2021-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3163,8 manat, qeyri-neft-qaz sektorunda 683,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manat olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0