Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisdə Xocalı soyqırımına dair bəyanat qəbul ediləcək

© Sputnik / Murad OrujovMilli Məclisin binası
Milli Məclisin binası - Sputnik Azərbaycan, 1920, 25.02.2022
Abunə olmaq
Bu gün parlamentin iclası keçirilir. Ümumilikdə 11 məsələ müzakirəyə çıxarılıb.
BAKI, 25 fevral — Sputnik. Bu gün Milli Məclisin plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.
Həmin məsələlər bunlardır:
1. Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Milli Məclisin Bəyanatı haqqında parlamentin qərar layihəsi.
2. Milli Məclisin Mədəniyyət komitəsinin üzvünün seçilməsi haqqında Milli Məclisin qərar layihəsi.
3. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
4. "Qaz təchizatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
5. İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).
6. "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
7. "Normativ hüquqi aktlar haqqında" konstitusiya qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
8. "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
9. "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi (ikinci oxunuş).
10. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
11. Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0