SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukraynada təhsil alan azərbaycanlı tələbə: "Bir neçə günlük ərzaq ehtiyatımız var"

© REUTERS / BERNADETT SZABOKiyev
Kiyev - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Azərbaycanlı tələbələrə deyiblər ki, yataqxanadan bayıra çıxmasınlar. Əgər təhlükəsizliklə bağlı problem olsa, zirzəmiyə yerləşəcəklər.
BAKI, 24 fevral — Sputnik. Ukraynada başlanan hərbi əməliyyatlar bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti ilə bağlı müəyyən narahatçılığa səbəb olub. Sputnik Azərbaycan Ukraynada təhsil alan tələbələrlə əlaqə saxlayıb.
Xarkov şəhərində fəaliyyət göstərən Ukraynanın Milli Mülki Müdafiə Universitetinin tələbəsi Müslüm Nəsrulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda universitetin yataqxanasında qalırlar:

"Mən ikinci, əmim oğlu isə birinci kurs tələbəsidir. Bir az əvvəl mağazaya gedib bir neçə günlük ərzaq ehtiyatı aldıq. Bizə bildirilib ki, yataqxanadan bayıra çıxmayaq. Əgər təhlükəsizliklə bağlı problem olsa zirzəmiyə yerləşəcəyik. Hələki gözləyirik".

Azərbaycanlı tələbə hələki sakitçilik olduğunu, bununla belə vətənə geri dönə bilmədiklərini söyləyib. Onun sözlərinə görə, onlara hələki bunun mümkün olmadığı, gözləmək tövsiyyə olunub. M. Nəsrulla hazırda yanacaq doldurma məntəqələrində və ərzaq mağazalarında növbə izdihamı olduğunu söyləyib.
Əldə etdiyimiz məlumata görə, hələ bir həftə öncə azərbaycanlı tələbələr arasında vətənə dönmək istəyənlər olsa da, Ukrayna universitetlərindən tələbələrə icazə verilməyib.
Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Radasının sədri Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ukraynada yaşayan azərbaycanlılarla əlaqədədirlər. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı davamlı məsləhətləşmələr aparılır:

"Hərbi vəziyyət olduğundan hər kəsə evdə oturmaq məsləhət görülür. Radaya azərbaycanlılar tərəfindən zənglər sırf məsləhət üçün vurulur. Nə edək? Necə olacaq və sair mövzuda. Biz də onlara evdə oturmağı məsləhət görürük. Hazırda şəhərin hər yerində böyük tıxaclar var".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. Donbasın xalq respublikaları Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycan səfiri: Kiyevi tərk edə bilmirik, bütün yollar bağlıdır
İlham Əliyev DXR və LXR-in tanınmasına münasibət bildirdi
Rusiya MN itkilərlə bağlı xəbəri yalanladı
Lukaşenko hərbçilərlə müşavirə keçirəcək
Putin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib
Xəbər lenti
0