https://sputnik.az/20220224/ukrayna-seherlerine-qarsi-raket-teyyare-ve-artilleriyadan-istifade-olunmur--rusiya-mn-439544850.html
Ukrayna şəhərlərinə qarşı raket, təyyarə və artilleriyadan istifadə olunmur – Rusiya MN
Ukrayna şəhərlərinə qarşı raket, təyyarə və artilleriyadan istifadə olunmur – Rusiya MN
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov bildirib ki, dinc əhaliyə qarşı heç bir təhlükə yoxdur. 24.02.2022, Sputnik Azərbaycan
2022-02-24T14:32+0400
2022-02-24T14:32+0400
2022-02-24T14:32+0400
rusiya
ukrayna
kiyev
rusiya müdafiə nazirliyi
donbas
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527227_0:0:3072:1728_1920x0_80_0_0_c3e8d742abb6b1dfa6e1704c1a1f1ce7.jpg
BAKI, 24 fevral — Sputnik. Rusiya hərbçiləri Ukrayna şəhərlərinə və mülki əhaliyə qarşı raket və təyyarələrdən istifadə etmir – Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov bildirib."Rusiya Federasiyasının silahlı qüvvələri Ukrayna şəhərlərinə heç bir raket, hava və ya artilleriya zərbəsi endirmir. Rusiya silahlı qüvvələrinin yüksək dəqiqlikli silahları yalnız hərbi infrastrukturu, hava hücumundan müdafiə obyektlərini, hərbi aerodromları, Ukrayna Silahlı Qüvvələrin aviasiyasını sıradan çıxarır", – deyə Konaşenkov bildirib."Dinc əhaliyə qarşı heç bir təhlükə yoxdur", - deyə o vurğulayıb.Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciət edərək Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib."Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. "Donbasın xalq respublikaları" Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Azərbaycan XİN Ukraynadakı azərbaycanlılara müraciət etdiİlham Əliyev DXR və LXR-in tanınmasına münasibət bildirdiRusiya MN itkilərlə bağlı xəbəri yalanladıLukaşenko hərbçilərlə müşavirə keçirəcəkPutin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527227_341:0:3072:2048_1920x0_80_0_0_d99415434d80eebfc3c55002f4c8bafc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, kiyev, rusiya müdafiə nazirliyi, donbas, rusiya prezidenti vladimir putin
ukrayna, kiyev, rusiya müdafiə nazirliyi, donbas, rusiya prezidenti vladimir putin
Ukrayna şəhərlərinə qarşı raket, təyyarə və artilleriyadan istifadə olunmur – Rusiya MN
Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov bildirib ki, dinc əhaliyə qarşı heç bir təhlükə yoxdur.
BAKI, 24 fevral — Sputnik. Rusiya hərbçiləri Ukrayna şəhərlərinə və mülki əhaliyə qarşı raket və təyyarələrdən istifadə etmir – Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi təmsilçisi İqor Konaşenkov bildirib.
"Rusiya Federasiyasının silahlı qüvvələri Ukrayna şəhərlərinə heç bir raket, hava və ya artilleriya zərbəsi endirmir. Rusiya silahlı qüvvələrinin yüksək dəqiqlikli silahları yalnız hərbi infrastrukturu, hava hücumundan müdafiə obyektlərini, hərbi aerodromları, Ukrayna Silahlı Qüvvələrin aviasiyasını sıradan çıxarır", – deyə Konaşenkov bildirib.
"Dinc əhaliyə qarşı heç bir təhlükə yoxdur", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciət edərək Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. "Donbasın xalq respublikaları" Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası, Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq, eləcə də qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabları sərt olacaq:
"Elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.