https://sputnik.az/20220224/turkiye-tehlukesizlik-surasi-ukraynaya-gore-toplandi-439535195.html
Türkiyə Təhlükəsizlik Şurası Ukraynaya görə toplandı
Türkiyə Təhlükəsizlik Şurası Ukraynaya görə toplandı
Ukrayna Türkiyədən Rusiya üçün Bosfor və Çanaqqala boğazlarını bağlamağı xahiş edib. 24.02.2022, Sputnik Azərbaycan
2022-02-24T12:50+0400
2022-02-24T12:50+0400
2022-02-24T12:51+0400
türkiyə
rusiya
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya prezidenti vladimir putin
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/14/425247850_0:114:3073:1842_1920x0_80_0_0_44b30c45f056ab215c0bb5bcbaeb61b3.jpg
BAKI, 24 fevral — Sputnik. Türkiyədə Təhlükəsizlik Şurasının təcili toplantısı başlayıb.Sputnik Azərbaycan xəbər verir ki, iclasda Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurma müzakirə olunur. Ərdoğan administrasiyası Rusiyanın xüsusi əməliyyatını "hərbi müdaxilə" kimi qiymətləndirib.Xatırladaq ki, Ukrayna Türkiyədən Rusiya üçün Bosfor və Çanaqqala boğazlarını bağlamağı xahiş edib.Bu məsələ Türkiyə Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında müzakirə oluna bilər.Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mediasına istinadla xəbər verir. Bildirilir ki, telefon danışığı Vladimir Putinin Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etməsi elanından sonra baş tutub.Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib. Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır."Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. "Donbasın xalq respublikaları" Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası və Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq və qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Rusiya MN itkilərlə bağlı xəbəri yalanladıLukaşenko hərbçilərlə müşavirə keçirəcəkPutin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/14/425247850_91:0:2822:2048_1920x0_80_0_0_5a1469bdbfe061c70f6d26051d0fabec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin
Türkiyə Təhlükəsizlik Şurası Ukraynaya görə toplandı
12:50 24.02.2022 (Yenilənib: 12:51 24.02.2022) Ukrayna Türkiyədən Rusiya üçün Bosfor və Çanaqqala boğazlarını bağlamağı xahiş edib.
BAKI, 24 fevral — Sputnik. Türkiyədə Təhlükəsizlik Şurasının təcili toplantısı başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurma müzakirə olunur. Ərdoğan administrasiyası Rusiyanın xüsusi əməliyyatını "hərbi müdaxilə" kimi qiymətləndirib.
Xatırladaq ki, Ukrayna Türkiyədən Rusiya üçün Bosfor və Çanaqqala boğazlarını bağlamağı xahiş edib.
Bu məsələ Türkiyə Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında müzakirə oluna bilər.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mediasına istinadla xəbər verir. Bildirilir ki, telefon danışığı Vladimir Putinin Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etməsi elanından sonra baş tutub.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib. Rusiya Prezidenti bildirib ki, ölkəsinin Ukraynanı işğal etmək planı yoxdur, lakin onun demilitarizasiyasına çalışır.
"Şərait bizdən qətiyyətli və təcili addımların atılmasını tələb edir. "Donbasın xalq respublikaları" Rusiyaya yardım üçün müraciət ediblər. Bununla bağlı BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının sanksiyası və Federal Məclis tərəfindən ratifikasiya olunmuş DXR və LXR ilə dostluq və qarşılıqlı yardım barədə müqavilələrin icrası üçün mənim tərəfimdən xüsusi hərbi əməliyyat keçirilməsi barədə qərar qəbul olunub", - Putin telemüraciətində deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.