SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaradılır – İlham Əliyev

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Prezident bildirib ki, Azərbaycanın hər iki ölkə ilə qonşuluq və müttəfiqlik əlaqələri var.
BAKI, 24 fevral — Sputnik. Yaxın gələcəkdə Rusiya-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yarana bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev TASS-ın baş redaktorlar klubunda Rusiya KİV rəhbərləri ilə görüşündə deyib.
"Və yəqin, heç kimə sirr deyil ki, artıq de-fakto və üçtərəfli əməkdaşlıq formatı formalaşır. Hələ rəsmiləşdirilməyib, xarici işlər nazirlərinin, prezidentlərin görüşləri olmayıb, amma bu iş həyata keçirilir. Bu format ümumi maraqlar, praqmatizm və bənzərliklər əsasında formalaşır", - deyə Əliyev bildirib.
Prezident hər üç ölkənin idarəetmə sistemləri və dəyərlərinin ümumi xüsusiyyətlərindən də danışıb. Bu xüsusda o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında mövcud olan etimada əsaslanan münasibətləri də qeyd edib.
"Onların hər ikisi bu barədə açıq şəkildə danışır. Düşünürəm ki, bu münasibətləri formalaşdıracağımız gün uzaqda deyil. <...> Azərbaycan Rusiya və Türkiyənin müttəfiqi olduğu üçün artıq növbəti addıma ehtiyac var. Bu bizim işimiz deyil, ancaq biz öz tərəfimizdən hər zaman iki ölkənin maraqlarını bir-birinə yaxınlaşdırmağa çalışmışıq", - deyə Prezident vurğulayıb.
Əliyev çərşənbə axşamı günü Azərbaycanla Rusiya arasında imzalanmış Qarşılıqlı Müttəfiqlik Münasibətləri haqqında Bəyannaməni tarixi nailiyyət adlandırıb: "Çünki Azərbaycanın bu iki böyük və qonşu dövlətlə müttəfiqlik münasibətləri var. Məncə, heç bir başqa ölkə bununla öyünə bilməz. Mən hələ NATO üzvü olan ölkələr, KTMT-yə rəhbərlik edən ölkədən danışmıram. Bu, həqiqətən, nailiyyət hesab oluna bilər", – deyə o bildirib.
Qeyd edək ki, çərşənbə axşamı günü Kremldəki danışıqların yekunları əsasında iki ölkə prezidenti tərəfindən Azərbaycanla Rusiya arasında Qarşılıqlı Müttəfiqlik Münasibətləri haqqında Bəyannamə imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İlham Əliyev DXR və LXR-in tanınmasına münasibət bildirdi
Rusiya MN itkilərlə bağlı xəbəri yalanladı
Lukaşenko hərbçilərlə müşavirə keçirəcək
Putin Donbasın müdafiəsi üçün xüsusi əməliyyat barədə elan edib
Xəbər lenti
0