Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rubl manata qarşı altıillik minimuma endi

© REUTERS / Eduard KorniyenkoРубль
Рубль  - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Bundan əvvəl "Bloomberg" rublun dünyanın ən volatil valyutasına çevrildiyini yazıb.
BAKI, 24 fevral — Sputnik. Bu gün Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0194 manat (1 manat/51,55 rubl) təşkil edib ki, bu da 2016-cı ilin yanvarın 22-dən bəri qeydə alınan ən aşağı göstəricidir.
Sputnik Azərbaycan xəbər verir ki, rubl ABŞ dolları qarşısında, Rusiyanın Ukrayna ərazisindəki "Donetsk Xalq Respublikası"da açıqladığı hərbi əməliyyat fonunda yeni eniş yaşayıb. Moskva birjasında səhər 8:00-da dolların məzənnəsi 84,07 rubla çatıb. Daha sonra rublun məzənnəsi Moskva birjasının müəyyən etdiyi həddə düşdüyü üçün ticarət dayandırılıb.
Manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, rublun dollar qarşısında dəyərsizləşməsi AZN-RUB cütlüyündə də rublu kəskin endirib.
Bundan əvvəl "Bloomberg" rublun dünyanın ən volatil valyutasına çevrildiyini yazıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz artıraraq 7,25 faizdən 7,5 faizə qaldırıb. Faiz dəhlizinin aşağı həddi 6 faizdə saxlanılıb, yuxarı həddi isə 8,25 faizdən 9 faizə yüksəldilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycan nefti 101 dollara yaxınlaşdı
Xəbər lenti
0