Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Rusiyanın dünyada misli görünməmiş silahından danışdı

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Abunə olmaq
Rusiya prezidentinin sözlərinə görə, son illər ölkədə silahlı qüvvələrin keyfiyyətcə müasirləşdirilməsi üçün xeyli iş görülüb.
BAKI, 23 fevral — Sputnik. Rusiya Silahlı Qüvvələrinin arsenalında dünyada analoqu olmayan silah mövcuddur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vətənin Müdafiəçisi Günü münasibətilə təbrik nitqində açıqlayıb.
Onun sözlərinə görə, son illər ölkədə silahlı qüvvələrin keyfiyyətcə müasirləşdirilməsi üçün xeyli iş görülüb. Silahlı Qüvvələr daha da mobilləşərək yeni döyüş təcrübəsi qazanıb, hərbi hissə və birləşmələrin hazırlıq səviyyəsi ciddi şəkildə artırılıb.
"Dünyada tayı-bərabəri olmayan silahlar tədarük olunub. Perspektivli silah sistemlərinin, o cümlədən hipersəsli və yeni fiziki prinsiplərə əsaslanan silah sistemlərinin yaradılmasını davam etdirəcəyik, qabaqcıl rəqəmsal texnologiyalardan və süni intellekt elementlərindən istifadəni genişləndirəcəyik. Belə komplekslər, həqiqətən də gələcəyin silahlarıdır və silahlı qüvvələrimizin döyüş potensialını dəfələrlə artırır", - deyə Putin bildirib.
Rusiya lideri onu da vurğulayıb ki, silahlı qüvvələr üçün kadr hazırlığı və əsgərlərin şəxsi keyfiyyətlərinin artırılması məsələsi günü bu gün də böyük əhəmiyyət kəsb edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan və Rusiya bayraqları - Sputnik Azərbaycan, 1920, 23.02.2022
SİYASƏT
Rusiya ilə hərbi-siyasi müttəfiqlik: Moskvada Müttəfiqlik Bəyannaməsi niyə imzalandı?
Xəbər lenti
0