Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Narkotik istifadə edən sürücü qəza törədib - VİDEO

© Photo : APAQəza yerində, arxiv şəkli
Qəza yerində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Abunə olmaq
Suraxanıda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib.
BAKI, 23 fevral — Sputnik. Suraxanı rayonu Hövsan qəsəbəsində narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü yol nəqliyyat hadisəsi törədib.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini olan Anar İsmayılovun idarə etdiyi "Toyota" markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsi yoldan çıxaraq qəzaya düşüb və sürücü yüngül dərəcəli xəsarətlər alıb.
Hadisədən sonra Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücü tibbi müayinəyə aparılan zaman onun sükan arxsasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib.
Sürücü ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu və avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib.
Həmçinin A.İsmayılovun üzərinə baxış zamanı ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin də aşkar edilib.
Sürücü barəsində Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Anar İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0