Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bu qlobal nüvə müharibəsinin başlanğıc mərhələsidir – ekspert Ukraynanın bəyanatı barədə

© Sputnik / Стрингер / Mediabanka keçid"Toçka U" taktiki raket kompleksi
Toçka U taktiki raket kompleksi - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Ukrayna prezidenti Vladimir Zelenski Münhendə keçirilən təhlükəsizlik konfransında ölkəsinin nüvə silahının yayılmaması üzrə Budapeşt razılaşmasından geri çəkiləcəyi barədə bəyanat verib.
BAKI, 22 fevral — Sputnik. "Geoenergetika.ru" analitik onlayn-jurnalının baş redaktoru Boris Martsinkeviç "Sputnik na russkom" "Youtube" kanalına müsahibəsində Vladimir Zelenskinin Budapeşt memorandumundan çıxmaqla bağlı təhdidinin arxasında nəyin dayandığından danışıb.
Ukrayna Prezidenti Vladimir Zelenski Münhendə keçirilən təhlükəsizlik konfransında Ukraynanın nüvə silahının yayılmaması üzrə Budapeşt razılaşmasından geri çəkiləcəyi barədə bəyanat verdi. Bu nədir – blef, yoxsa, ciddi bəyanat? Ekspert Boris Martsinkeviçlə bu barədə danışmışıq.
"Əgər Vladimir Zelenskinin sözləri dövlət başçısının rəsmi bəyanatı kimi qəbul edilərsə, bu, Ukraynanın nüvə silahının yayılmaması üzrə razılaşmadan çıxmaq niyyətində olduğunu göstərir. Başqa sözlə, bu onun dünya arenasında bu müqaviləyə qoşulmayan üç dövlətlə – KXDR, Pakistan və Hindistanla eyni statusa keçməsi deməkdir. Beynəlxalq ictimaiyyətin müvafiq sanksiyaları ilə", – deyə Martsinkeviç Ukrayna dövlət başçısının bəyanatına münasibət bildirib.
Onun sözlərinə görə, texniki cəhətdən bu şantajı həyata keçirmək o qədər də asan olmayacaq. Nüvə silahının yaradılması üçün plutonium, ya da U-235 izotopunun tərkibində ən azı 90% tezliyə qədər zənginləşdirilmiş uranın olması lazımdır.
"Hazırda Ukraynada bu texnologiyalar yoxdur. Bu texnoloji baryeri aşmaq mümkün olacaqmı? İki variant var. Əldə olan məlumatlara əsasən, KXDR-də nüvə silahları uran-qrafit reaktorlarında plutonium istehsal etməklə yaradılıb. Ukraynanın öz uran-qrafit reaktorları yoxdur, Çernobıl AES-də belə reaktorlar var idi, amma stansiyanın fəaliyyəti tamamilə dayandırılıb və onun işinin bərpası ciddi vaxt aparacaq", – deyə ekspert bildirib.
Martsinkeviç bildirir ki, Ukraynanın nüvə silahı yaratmaq üçün öz texnologiyaları da yoxdur. Və bu məsələdə ya Rusiya ilə (bu, real deyil), ya KXDR ilə əməkdaşlıq etməlidir. Amma bu, MAQATE ilə münaqişəyə girmək deməkdir.
"Bir ehtiyat variant da var – bu da İran İslam Respublikası ilə texnologiya mübadiləsi üzrə razılaşmanın imzalanması və qaz sentrifuqalarının Ukraynanın sərəncamında olmasıdır. Bununla bağlı İranın problemi yaranmışdı. Buna görə də həmin dövlətin atom proqramı ilə bağlı razılaşma hazırlanıb. Başqa imkanlar görmürəm", – deyə ekspert vurğulayıb.
Bununla yanaşı, Ukraynanın nüvə proqramı milyonlarla investisiya və çox vaxt tələb edir. Pakistan və Hindistan bu işə 15 il vaxt sərf etmişdi.
"Belə ki, Ukraynanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmasından sonra rədd edilmiş dövlət vəziyyətinə düşəcək ölkə üçün bu, kifayət qədər uzun müddətdir. Ukrayna buna tələb olunan maliyyə vəsaiti və mütəxəssisləri tapa biləcəkmi? Bu məsələ sual altındır. Bəlkə də mütəxəssis hazırlığı Pxenyanda aparıla bilər, yaxud İran İslam Respublikasında. Amma mən düşünmürəm ki, İran başqa bir nüvə dövlətinin yaranmasında maraqlı olsun".
Martsinkeviçin sözlərinə görə, əgər əksər ekspertlərin də dediyi kimi, işlənmiş nüvə yanacağından "çirkli bomba" hazırlanarsa, iş daha asan başa gələcək. Düzdür, bunun üçün Ukrayna MAQATE ilə əməkdaşlığına son qoyub öz qanunvericiliyini dəyişdirməlidir.
"İşlənməmiş şüalandırmaya məruz qalmış nüvə yanacağı götürülür. Optimal variant onu reaktorun aktiv zonasından çıxan kimi, yəni soyutma prosesini gözləmədən, istifadə edilmiş yanacaq hovuzuna yerləşdirmədən əvvəl götürməkdir. Sonra müəyyən bir döyüş başlığı yüklənir və onu yüksək aktiv radiasiya çirklənməsi törətmək istənilən yerə apararaq partlatmaq lazım gəlir. Bu, Ukraynanın özünə rəqibi hesab etdiyi ölkəyə, yəni Rusiya Federasiyasının ərazisinə hücum etmək üçün hava bombaları ola bilər", - deyə ekspert vəziyyətə aydınlıq gətirib.
Martsinkeviç deyir ki, nəzəri olaraq, adi artilleriya mərmilərini "doldurmaq" da mümkündür. Üstəlik, ilk vurulan hədəflər belə artilleriya bölmələrinə hesablanmış olacaq.
Amma bu zaman nəticəsiz ötüşmək mümkün deyil. Ümumilikdə, Boris Martsinkeviç Ukraynanın şantajı ilə bağlı belə deyir: "Bu, qlobal nüvə müharibəsinin başlanması istiqamətində növbəti addımdır".
Hərçənd, daha bir yol var – vaxtilə Almaniya və Türkiyənin etdiyi kimi Ukrayna da öz ərazisində ABŞ nüvə silahlarını yerləşdirə bilər. Ancaq Zelenski bu barədə açıq şəkildə danışmayıb.
Xəbər lenti
0