Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bölgələrimizin Novruz sovqatları – Qəndi külçə

Abunə olmaq
Qarşıdan gələn Novruz bayramı maraqlı adətləri ilə bərabər, zəngin süfrəsi, şirniyyatları ilə də tanınır.
Bu yeməklərdən, şirniyyatlardan çoxu ölkənin hər yerində hazırlanır. Məsələn, Novruz aşı, şəkərbura, qoğal və s. Lakin bəzi təamlar və şirniyyatlar bölgə əhəmiyyətlidir. Bunlara misal olaraq Lənkəran bölgəsində hazırlanan Qəndi külçəni və ya Partlama çörəyi göstərmək olar.
Qarşıdan gələn Novruz bayramı maraqlı adətləri ilə bərabər, zəngin süfrəsi, şirniyyatları ilə də tanınır. Bu yeməklərdən, şirniyyatlardan çoxu ölkənin hər yerində hazırlanır. Məsələn, Novruz aşı, şəkərbura, qoğal və s. Lakin bəzi təamlar və şirniyyatlar bölgə əhəmiyyətlidir. Bunlara misal olaraq Lənkəran bölgəsində hazırlanan Qəndi külçəni və ya Partlama çörəyi göstərmək olar.
Bu dəfə oxucularımıza Qəndi külçənin hazırlanmasını təqdim etmək istəyirik. Bu işdə bizə Lənkəran sakini Tamella xanım Cəbrayılova kömək edəcək.
Qəndi külçənin içliyinin hazırlanması üçün bizə lazımdır:
800 qram un,
500 qram əridilmiş kərə yağı,
500 qram şəkər pudrası
Yarım çay qaşığı çörək mayası,
Bir paket qabartma tozu,
Bir paket vanil və yarı çay qaşığı hil.
Əvvəlcə əridilmiş yağ mikserlə ağarana qədər çalınır. Sonra yağa hil və vanil qatılır. İçliyin ununa bir paket qabartma tozu əlavə edib əldə edilən yağa qatılır və yaxşıca əldə ovxalanaraq yoğrulur. Əldə edilən içlik özünü tutması üçün 20-25 dəqiqə saxlanmalıdır.
Qəndi külçənin xəmiri üçün bizə lazımdır:
600 qram un,
150 qram kərə yağı,
150 qram süd,
2 ədəd yumurta,
Yarım çay qaşığı çörək mayası,
Yarım çay qaşığı duz və bir paket qabartma tozu.
Qəndi külçənin xəmiri yoğrulduqdan sonra xırda kündələr hazırlanır. Sonra Qəndi külçənin əvvəlcədən hazırlanmış içliyindən kürəciklər hazırlanır. Həmin içlikdən 20 ədəd Partlama çörək alınır. Kiçik kündələr oxlovla açılaraq içərisinə içlik qoyulur və bükülür. Qəndi külçə və ya Partlama çörəyin üstünü isə daraqla naxış vurulur və üzərinə bəzək üçün fıstıq, fındıq və ya qoz içi yapışdırılır. Lənkəran külçəsi hazırlandıqdan sonra sobada 180 dərəcə istidə 20 dəqiqə ərzində bişir. Qəndi külçə bişdiyi zaman üstü partlayır və içliyi azca çölə çıxır. Buna görə də ona Partlama çörək də deyilir.
Nuş olsun! Novruz Bayramınız Mübarək!
Xəbər lenti
0