DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putinlə Bayden Makronun təklifini qəbul etdilər

© © Alexander Zemlianichenko/Pool via REUTERSRusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Co Bayden, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Sammit yalnız o vaxt baş tuta bilər ki, Rusiya Ukraynaya hücum etməsin.
BAKI, 21 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Co Bayden Fransa Prezidenti Emmanuel Makronun Avropada təhlükəsizlik məsələləri ilə bağlı sammitin keçirilməsi təklifinə razılıq veriblər. Sputnik Azərbaycan bildirir ki, bu barədə Yelisey sarayından məlumat daxil olub.
"O (Makron-red), prezident Bayden, prezident Putin və digər maraqlı tərəflərlə birgə Avropada təhlükəsizlik və strateji sabitlik məsələsini müzakirə etmək üçün sammit keçirməyi təklif edib. Prinsipcə, hər iki lider belə bir sammitin keçirilməsinə razılığını verib", - deyə məlumatda bildirilir.
O da qeyd olunur ki, sammitin gündəliyinə çıxarılacaq məsələlər ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən onların fevralın 24-də baş tutacaq görüşündə müəyyənləşdiriləcək.
"Sammit yalnız o vaxt baş tuta bilər ki, Rusiya Ukraynaya hücum etməsin", - deyə Yelisey sarayından əlavə ediblər.
Qeyd edək ki, bir qədər bundan əvvəl ABŞ və Fransa prezidentləri Co Baydenlə Emmanuel Makron Rusiya ilə bağlı problemin diplomatik həlli, eləcə də Moskvanın qarşısının alınması məsələsini müzakirə ediblər.
Yelisey sarayının məlumatına görə, liderlər, xüsusən də Ukrayna regionundakı vəziyyətdən danışaraq, "eskalasiyanın qarşısını almaq, riskləri azaltmaq və sülhü qorumaq üçün lazım olan bütün tədbirləri görməyə dair qəti öhdəliklər götürüblər".
Bu söhbətdən sonra Makron Ukrayna prezidenti Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Stoltenberq Rusiyanı “daha çox NATO” ilə hədələdi
* Zelenski Putin və Ərdoğanla görüşmək istəyir
Xəbər lenti
0