Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda yaşayış binasındakı yanğın: Sakinlər təxliyə edilib

© Sputnik / Murad OrujovYanğınsöndürən, arxiv şəkli
Yanğınsöndürən, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
BAKI, 21 fevral — Sputnik. Bakıda yaşayış binasında baş verən yanğında 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb və yüksək temperaturdan dəhlizin tavanı 5 m² sahədə qarsalanıb.
Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, FHN bu gün səhər 07:57-də yanğın haqda məlumat paylaşıb. İlkin verilən xəbərdə qeyd olunub ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbər lenti
0