Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bazar günü bizi necə hava gözləyir?

© Sputnik / Murad Orujovbuludlu hava
buludlu hava - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq.
BAKI, 19 fevral — Sputnik. Azərbaycan ərazisində bazar günü, fevralın 20-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Sputnik Azərbaycan-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında bazar günü hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5°, gündüz 9-13°, Bakıda gecə 3-5°, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5°, gündüz 11-16°, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 5-10° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0