https://sputnik.az/20220218/tehsil-naziri-mekteblerden-cekilen-videolarin-yayilmasina-munasibet-bidlirdi-439312444.html
Təhsil naziri məktəblərdən çəkilən videoların yayılmasına münasibət bildirdi
Təhsil naziri məktəblərdən çəkilən videoların yayılmasına münasibət bildirdi
Sputnik Azərbaycan
Bunları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini təsvir etmək doğru deyil.
2022-02-18T14:16+0400
2022-02-18T14:16+0400
2022-02-18T14:40+0400
təhsil
emin əmrullayev
elm və təhsil nazirliyi
təhsil naziri
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433799_0:0:2000:1125_1920x0_80_0_0_8101786f4d0492106224d5a6ae2c6004.jpg
BAKI, 18 fevral - Sputnik. Təhsil naziri Emin Əmrullayev son günlər təhsil müəssisələrindən yayılan videogörüntülərə münasibət bildirib. Jurnalistlərə açıqlama verən nazir deyib ki, təhsil müəssisələrində baş verən insidentləri videoya çəkib ictimaiyyətə təqdim edərək təhsilin indiki vəziyyətini təsvir etmək doğru deyil."Videolar və bu tip məsələlərə gəlincə, deyə bilərəm ki, təhsil sistemi çox böyük bir sistemdir. 1 milyon 600 min şagird, 200 mindən artıq müəllim təkcə ümumtəhsil müəssisələrindədir. 200 mindən bir qədər az məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar, 30-40 minə yaxın orada işçilər var. Ümumilikdə, biz gün ərzində hər gün təxminən 3-4 milyona yaxın insanın təhsillə ünsiyyətini görürük. Təbii ki, bu adamların arasında hansısa münaqişələr, öz aralarında problemlər yaşanır. Bunları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini məncə təsvir etmək doğru deyil" , - nazir deyib. O, əlavə edib ki, azərbaycanlı şagirdlər son illərdə 304 beynəlxalq olimpiadada medal qazanıb:"Amma nədənsə biz həmin şagirdlərin videolarını çəkib sosial mediada böyük həvəslə paylaşmırıq. Onlar da azərbaycanlı şagridlərdir və dövlətimzin adını və bayrağını ucalara qaldırıblar. Təbii ki, nadinc uşaqların, partanın üzərinə çıxan uşaqların bu davranışları problemdir. Amma bu, məktəbdaxili problemdir. Bu, şagird davranışı problemdir. İki insan arasında olan münaqişəni ölkənin ən vacib gündəminə çevirməkdə böyük bir fayda görmürəm. İnanmıram ki, bu videoların bu və digər formada, bu miqyasda və bu çapda müzakirəsi bizim cəmiyyətimizi və ölkəmizi irəli aparır. Bu videoların hansısa bir formada nümunə olmasını da uyğun hesab etmirəm".Xatırladaq ki, bu gün “Təhsilə ictimai baxış” silsiləsindən “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda müzakirə təşkil olunub. Nazir Emin Əmreullayev də orada iştirak edib. O bildirib ki, məktəblərdə olan neqativ halları bu qədər şişirtmək arzuolunan deyil.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Neqativ halları bu qədər şişirtmək arzuolunan deyil - Təhsil naziri
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433799_227:0:2000:1330_1920x0_80_0_0_7f8d2b6ed55b15599a3f6906f8436833.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
nazir məktəblərdə neqativ halların videoya çəkilməsinə qarşı
nazir məktəblərdə neqativ halların videoya çəkilməsinə qarşı
Təhsil naziri məktəblərdən çəkilən videoların yayılmasına münasibət bildirdi
14:16 18.02.2022 (Yenilənib: 14:40 18.02.2022) Emin Əmrullayev: "Bunları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini məncə təsvir etmək doğru deyil".
BAKI, 18 fevral - Sputnik. Təhsil naziri Emin Əmrullayev son günlər təhsil müəssisələrindən yayılan videogörüntülərə münasibət bildirib. Jurnalistlərə açıqlama verən nazir deyib ki, təhsil müəssisələrində baş verən insidentləri videoya çəkib ictimaiyyətə təqdim edərək təhsilin indiki vəziyyətini təsvir etmək doğru deyil.
"Videolar və bu tip məsələlərə gəlincə, deyə bilərəm ki, təhsil sistemi çox böyük bir sistemdir. 1 milyon 600 min şagird, 200 mindən artıq müəllim təkcə ümumtəhsil müəssisələrindədir. 200 mindən bir qədər az məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar, 30-40 minə yaxın orada işçilər var. Ümumilikdə, biz gün ərzində hər gün təxminən 3-4 milyona yaxın insanın təhsillə ünsiyyətini görürük. Təbii ki, bu adamların arasında hansısa münaqişələr, öz aralarında problemlər yaşanır. Bunları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini məncə təsvir etmək doğru deyil" , - nazir deyib.
O, əlavə edib ki, azərbaycanlı şagirdlər son illərdə 304 beynəlxalq olimpiadada medal qazanıb:
"Amma nədənsə biz həmin şagirdlərin videolarını çəkib sosial mediada böyük həvəslə paylaşmırıq. Onlar da azərbaycanlı şagridlərdir və dövlətimzin adını və bayrağını ucalara qaldırıblar. Təbii ki, nadinc uşaqların, partanın üzərinə çıxan uşaqların bu davranışları problemdir. Amma bu, məktəbdaxili problemdir. Bu, şagird davranışı problemdir. İki insan arasında olan münaqişəni ölkənin ən vacib gündəminə çevirməkdə böyük bir fayda görmürəm. İnanmıram ki, bu videoların bu və digər formada, bu miqyasda və bu çapda müzakirəsi bizim cəmiyyətimizi və ölkəmizi irəli aparır. Bu videoların hansısa bir formada nümunə olmasını da uyğun hesab etmirəm".
Xatırladaq ki, bu gün “Təhsilə ictimai baxış” silsiləsindən “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusunda müzakirə təşkil olunub. Nazir Emin Əmreullayev də orada iştirak edib.
O bildirib ki, məktəblərdə olan neqativ halları bu qədər şişirtmək arzuolunan deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.