Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şad xəbər: Daha bir Avropa ölkəsinə viza tələbi ləğv edilir

© Sputnik / Murad OrujovXArici pasportda viza
XArici pasportda viza - Sputnik Azərbaycan, 1920, 18.02.2022
Abunə olmaq
Saziş bütün dövlətdaxili prosedurların tamamlanması haqda sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.
BAKI, 18 fevral — Sputnik. Azərbaycan və Serbiya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi qarşılıqlı aradan qaldırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında" Sazişin təsdiq edilməsi barədə" qanunda əksini tapıb.
Qanuna əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında" 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilib.
Sazişə əsasən, hər bir tərəfin dövlətinin ümumvətəndaş pasportlarına malik olan vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oradan çıxmaq və ya tranzit keçmək və oraya ilk daxil olduğu tarixdən etibarən yüksək 180 günlük müddət ərzində 90 gündən artıq olmayaraq orada qalmaq üçün viza tələbindən azad edilirlər.
Sazişin qüvvəyə minməsi üçün zəruri olan bütün dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsi ilə alındığı tarixdən 30 gün sonra qüvvəyə minir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0