Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kremlin Kiyevlə danışıqlar aparmaq niyyəti yoxdur - Peskov

© Sputnik / Алексей Майшев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın tanınması ilə bağlı müraciətinə hələ cavab verməyib.
BAKI, 17 fevral — Sputnik. Kremlin Kiyevlə danışıqlar aparmaq niyyəti yoxdur, Donbasdakı vəziyyət isə böyük narahatlıq doğurur. RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Kiyevlə bağlı danışıqlar planı yoxdur, amma təbii ki, bu, çox böyük narahatlıq doğurur", - deyə Peskov cümə axşamı günü jurnalistlərin Kremlin "DXR" və "LXR" ilə təmas xəttinə zərbələr endirilməsi barədə məlumatlarla əlaqədar Kiyevlə danışıqlar aparmağı planlaşdırıb-planlaşdırmadığına dair sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın tanınması ilə bağlı müraciətinə hələ cavab verməyib. Duma çərşənbə axşamı "DXR" və "LXR"-in tanınmasının zəruriliyi ilə bağlı Rusiya prezidentinə müraciətə səs verib. "DXR" və "LXR" rəhbərləri Denis Puşilin və Leonid Paseçnik Dövlət Dumasının deputatlarının qərarını alqışladıqlarını bəyan ediblər.
Rusiya lideri Vladimir Putin isə Almaniya kansleri Olaf Şoltsla Moskvada keçirdiyi mətbuat konfransında Dövlət Dumasının müraciətinə münasibət bildirərək, Donbas probleminin həlli üçün hər şeyi edəcəyini, bununla belə, Minsk razılaşmalarının potensialının hələ tükənmədiyini deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0