Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kənd yerlərində aqroturizmin inkişafı üçün beynəlxalq təcrübə öyrənilir

© Photo : Ministry of Agriculture (Azerbaijan)İnam Kərimov
İnam Kərimov - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
Bakıda "Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması"na dair seminar keçirilir.
BAKI, 17 fevral — Sputnik. Karantin tədbirlərinin yumşaldılması ilə ölkəmizə gələn turistlərin sayı çoxalmaqdadır. Turistlər təkcə müasir və tarixi ornamentlərə malik şəhərlərə deyil, zəngin mədəniyyəti, gözəl təbiəti və müasir infrastrukturu olan regionlarımıza da səfər edirlər. Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda turizmin inkişafına əlavə təkan verəcək, rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu fevralın 17-də Bakıda keçirilən "Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması"na dair seminarda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir bildirib ki, aqroekoturizm kənd təsərrüfatı və turizm sektorlarının kəsişmə nöqtəsidir, birgə xidmət sahəsidir. Bu, həm də fermerlər üçün əsaslı investisiya tələb etməyən, onlar üçün yeni gəlir mənbəyi formalaşdırmağa imkan verən sahədir. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən nümunəvi fermer təsərrüfatları həm də turizm təklifləri etməklə aqroekoturizmin daha da canlanmasına öz töhfələrini verirlər. Azərbaycanın səfalı rayonlarına gedərək kənd şəraitində müvəqqəti məskunlaşmaq, orada istehsal olunan məhsullardan dadmaq, istehsalat prosesində yaxından iştirak etmək - asudə vaxtı səmərəli keçirməyin ən maraqlı yoludur.

"Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin biomüxtəlifliyə və ekosistemə, həmçinin müasir infrastruktura malik olması aqrar turizmin inkişafı üçün münbit şərait yaradır. Bir sıra ölkələr aqroekoturizm sahəsi ilə bağlı böyük təcrübəyə malikdirlər. Həmin ölkələrin təcrübəsini öyrənərək, ən uğurlu modellərin yerlərdə tətbiqi ən mühüm məsələlərdən biridir", - deyə İnam Kərimov vurğulayıb.

Nazir onu da bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə aqroekoturizmin inkişafı məqsədilə yerli və beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Belə layihələrdən biri də Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvininq layihəsidir:
"Bu istiqamətdə Avropa İttifaqının göstərdiyi dəstək ümumi işimizə öz töhfəsini verəcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə üzrə də respublikanın şimal-qərb regionlarında aqroturizmin inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Hesab edirik ki, kənd yerlərində aqroturizm sektorunun inkişafı üzrə ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıqlar daha da inkişaf etdirilə bilər".
Qeyd edək ki, Bakıda "Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması"na dair seminar işə başlayıb.
Seminar "Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması" Tvinninq layihəsi çərçivəsində keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Məmur - Sputnik Azərbaycan, 1920, 17.02.2022
RUSİYA
Rusiya şirkətləri azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün müraciət edib
Xəbər lenti
0