SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əvvəl Ərdoğan, sonra Çavuşoğlu - Ceyhun Bayramov həmkarına niyə zəng elədi

© Photo : MFA AzerbaijanCeyhun Bayramov ilə Mövlud Çavuşoğlu
Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Nazir həmçinin qısa müddətdə Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib
BAKI, 16 fevral — Sputnik. Fevralın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, nazir Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tezliklə tam sağalmasını diləyib.
Nazir Ceyhun Bayramov, həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun həyat yoldaşı Əminə Ərdoğan fevralın 5-də koronavirusun Omikron ştammına yoluxduqlarını açıqlayıblar.
Fevralın 10-da isə Ərdoğanın yeni növ koronavirus (COVID-19) infeksiyasından sağaldığı barədə məlumat yayılıb.
Türkiyə prezidenti mediaya verdiyi açıqlamada "xoşbəxtlikdən" koronavirusu yüngül keçirdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Ərdoğanın koronavirus testi neqativ çıxdı: O, Omikron ştammından sağalıb
Uşaqlar arasında yayılmış xəstəlik nədir? - Baş infeksionistdən açıqlama
Üçüncü təzə başlayıb, artıq 4-cü doza tələb edirlər - İşçilərin vaksin tərəddüdü
Məktəblər bağlanacaq? - Nazirlikdən açıqlama
Maska "omikron"dan qoruyur? - dəqiqliklə hesablandı
Xəbər lenti
0