Планета Земля - Sputnik Azərbaycan, 1920
DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azərbaycan vətəndaşlarının Ermənistanda mülkü varmış

© Sputnik / Vladimir Astapkovich / Fotobanka keçməkYerevana mənzərə
Yerevana mənzərə - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Ermənistanın Kadastr Komitəsi bildirib ki, onların arasında hədiyyə verilənlər də var.
BAKI, 16 fevral — Sputnik. Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı altı mülkü var. Bu barədə "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq Kadastr Komitəsindən məlumat verilib.
"2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşlarına dair daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları ilə bağlı isə 6 əməliyyat həyata keçirilib," - deyə Komitənin məlumatında deyilir.
Qeyd edilir ki, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzil alıblar. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012-ci il). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt də alınıb.
Qeyd edək ki, söhbət yalnız Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir. "Onların milliyyətcə azərbaycanlı olub-olmadığını isə deyə bilmərik," - deyə məqalədə yazılıb.
Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə edilib, 1-i isə dəyişdirilib. Bundan əlavə, onlar 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi də alıblar.
Ən çox alış 2016 (8), 2017 (14), 2019 (18) və 2021 (8) illərdə olub. Qeyd olunan dövrdə Türkiyə, yaxud Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər Ermənistanda əmlak sahibi olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0