Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəkilliklə bağlı qanun bugünkü reallıqlara cavab vermir - ekspert

© AP Photo / Anjum Naveedİmza
İmza - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Anar Bağırov deyir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda bugünkü reallıqlara cavab verməyən müəyyən müddəalar var.
BAKI, 15 fevral — Sputnik. Azərbaycanda "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliyin olunması təklif edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov "Report"a açıqlamasında bildirib.
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun tələblərindən biri odur ki, vəkil daim üzərində işləməli, peşə fəaliyyətini artırmalıdır. Çalışırıq ki, bütün vəkillər – regionlarda fəaliyyət göstərən vəkillər də bu işə cəlb edilsinlər. Çünki peşə hazırlığının artırılması əslində vəkilin vəzifəsidir. Keyfiyyətli hüquqi yardım göstərən vəkil daim çalışmalıdır ki, qanunvericilikdə yeniliklər və baş verən dəyişikliklər barədə məlumatlı olsun", - A.Bağırov söyləyib.
Onun sözlərinə görə, məqsədləri insanların həqiqətən də keyfiyyətli, peşəkar hüquqi yardım almalarıdır: "Hüquqi yardımı göstərən şəxslər də daim bilik səviyyəsini artırmalıdırlar. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunda bəzən görürsən ki, bugünkü günün reallığına cavab verməyən müəyyən müddəalar var.
Son illər fəaliyyətimiz zamanı rast gəldiyimiz çətinliklərin hamısı qanunun yenilənməsini, müasirləşdirilməsini tələb edir. Qanun şərti olaraq canlı bir orqanizmdir. O da daim yenilənməlidir, təzələnməlidir, bugünkü günün tələblərinə cavab verməlidir. Demək olar ki, qanunun bir çox müddəalarına, maddələrinə dəyişikliklərin edilməsi gərəkdir. Burada bir çox məsələlər var - Vəkillər Kollegiyasının statusundan tutmuş vəkilliyə qəbul, vəkillərin intizam icraatı, Kollegiyanın funksiyaları, fəaliyyəti və s.".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0