Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Pandemiya dövründə adi tibbi prosedurdan məhrum olan kənd - FOTO

© Sputnik / Ilham MustafayevŞəmkir rayon Hacıalılar kənd sakinləri tibbi xidmət
Şəmkir rayon Hacıalılar kənd sakinləri tibbi xidmət  - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Sakinlər dəfələrlə aidiyyəti orqanlara məktub ünvanladıqlarını, rəsmi qurumlara müraciət etdiklərini desələr də hələ bir nəticə yoxdur.
BAKI, 15 fevral — Sputnik. Şəmkir rayon Hacıalılar kənd sakinləri tibbi xidmət ala bilməmələrindən şikayətçidirlər. Belə ki, kənddə tibb məntəqəsi olsa da, sakinlər onun 3 ildən artıqdır qapısının açılmadığını deyirlər. Bu səbəbdən də onlar pandemiya dövrünü ikiqat çətinliklə keçirdiklərini bildirirlər.
Kənd sakini Çiçək Həsənova Sputnik Azərbaycan-ın bölgə müxbirinə pandemiya şəraitində sistem asdırmağa, iynə vurdurmağa bir tibb işçisi tapa bilmədiklərini söyləyib.
© Sputnik / Ilham MustafayevŞəmkir rayon Hacıalılar kənd sakinləri tibbi xidmət
Şəmkir rayon Hacıalılar kənd sakinləri tibbi xidmət  - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Şəmkir rayon Hacıalılar kənd sakinləri tibbi xidmət
“Kənd rayon mərkəzindən 30 kilometr aralı yerləşir. Yolu dağlıqdır. Təcili yardım çağıranda da gəlib çıxmır. Təcili yardım bura gəlmək üçün Yasamal aşırımını qalxmalıdır. Kənd yolunu keçməlidir. Cavan nəvəm yıxıldı, təcili yardım çağırdıq, gəlmədi. İlkin tibbi yardım göstərməyə bir tibb işçisi tapılmadı. Qan itirmədən rəhmətə getdi. Vaxtında bilən bir adamın köməyi dəysəydi, bəlkə də belə olmazdı. Kənddə iynəmizi vurmağa bir tibb bacısı yoxdur”, - deyə o, kəndin vəziyyəti barədə məlumat verib.
© Sputnik / Ilham MustafayevÇiçək Həsənova
Çiçək Həsənova - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Çiçək Həsənova
Digər kənd sakini Qumru Məmmədova kənddə məntəqə olduğunu, lakin 3 ildir orda işləyəcək bir nəfərin tapılmadığını deyib:
“Düz 2019-cu ildən bu vəziyyətdəyik. Üç ildən çoxdur, məntəqə bağlıdır. Çox yazıb-pozduq, şikayət elədik, bir nəfər tibb bacısı göndərdilər. O da aşağı kəndlərdən idi. Hər gün 80 kilometr yol gəlib-getməliydi. 2-3 dəfə gəldi, gördü, gedib-gəlmək olmur, ərizəsini yazıb çıxdı. Yenə qapı bağlı qalıb, kənd də köməksiz. Sanki bizə düşmən kəsiliblər. Kənddə hamının tibb işçisinə ehtiyacı var. Döymədiyimiz qapı, yazmadığımız idarə qalmayıb. Amma bir faydası yoxdur”.
© Sputnik / Ilham MustafayevQumru Məmmədova
Qumru Məmmədova - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Qumru Məmmədova
Sakinlər xəstəlikləri üçün müalicə yazılanda ikiqat, üçqat xərcə düşdüklərini bildirirlər. Buna səbəb yazılan hər sistem, iynə üçün taksi tutub rayon mərkəzinə getməli olmalarıdır. Bu haqda danışan kənd sakini Mətanət Həsənova kəndlərinə həkim təyin olunmasını istəyir.
“Kəndin marşrutu da yoxdur. Hər dəfə rayona getməyə taksiyə 20 manat pul veririk. Nəvəmin böyrəyi xəstədir, kreatin 200-ə qalxıb. Həkimə apardım, 14 sistem yazıb. İndi mən bir sistemi asdırmaq üçün hər dəfə 20 manat taksiyə pul verməliyəm ki, müalicə dayanmasın. 300 manata yaxın elə yola verməliyik”, - deyərək o, kənddə tibb işçisinin olmamasından gileylənib.
© Sputnik / Ilham MustafayevMətanət Həsənova
Mətanət Həsənova - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Mətanət Həsənova
Sakinlər dəfələrlə aidiyyəti orqanlara məktub ünvanladıqlarını, rəsmi qurumlara müraciət etdiklərini desələr də bir nəticə əldə olunmadığını söyləyiblər.
Şəmkir rayon Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılov isə analoji vəziyyətin rayonun bir neçə dağ kəndində yaşandığını, bunun səbəbinin isə tibb işçisi çatışmazlığında olduğunu bildirib.
© Sputnik / Ilham MustafayevŞəmkir rayon Hacıalılar kənd sakinləri tibbi xidmət
Şəmkir rayon Hacıalılar kənd sakinləri tibbi xidmət  - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Şəmkir rayon Hacıalılar kənd sakinləri tibbi xidmət
“Şəmkirin 10-dan artıq dağ kəndində tibb məntəqənin həkimi yoxdur. Gənc kadr çatışmır. Olanlar isə dağ kəndlərinə gedib işləmək istəmirlər. İstənilən vaxt, istənilən ixtisaslı şəxs işləmək üçün müraciət etsə, biz onları dərhal işə götürməyə hazırıq”, - deyə açıqlama verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* İcbari tibbi sığorta haqqı ödəyənlər niyə ondan könüllü imtina edirlər?
* Həkim koronavirusdan sonra orqanizmin tez bərpa olunmasının yollarını açıqlayıb
* COVID getdi, quru öskürək qaldı - qurtulmaq üçün həkim məsləhəti
* İşğaldan azad edilən ərazilərdə xəstəxanalar necə olacaq?
Xəbər lenti
0