Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bir ölkə sakininin orta aylıq xərci nə qədər artıb - VİDEO

© Sputnik / Murad OrujovBakıda supermarketdə tərəvəz satışı, arxiv şəkli
Bakıda supermarketdə tərəvəz satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Bu ilin yanvar ayında alıcıların xərclədiyi vəsaitin 49 faizi ərzaq məhsullarının alınmasına gedib.
BAKI, 15 fevral — Sputnik. Azərbaycanda bir ölkə sakininə düşən orta aylıq xərc artıb. Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 361,7 manatlıq mallar alıb. Bunun 199,1 manatı ərzağa, içki və tütün məmulatlarına, 162,6 manatı isə qeyri-ərzaq mallarına xərclənib.

Son 1 ildə bir ölkə sakinin orta aylıq xərci 45 manat artıb

Ötən ilin yanvar ayında isə bir ölkə sakini orta hesabla 316,3 manatlıq mallar almışdı. Bunun 166,9 manatı ərzağa, içki, tütün məmulatlarına, 149,4 manatı qeyri-ərzaq mallarına xərclənmişdi. Beləliklə, bu ilin yanvarında ötən ilin yanvarı ilə müqayisədə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakinin orta aylıq xərci 45 manat 40 qəpik və ya 14.35 faiz artıb.

Ərzaq xərcləri artıb

İnflyasiyanın, qiymətlərin yüksəlməsi xərcləri artırır. İnflyasiya artdıqca xərclər də artacaq.
Bu ilin yanvarında pərakəndə ticarət şəbəkəsində ərzaq məhsullarına istehlakçılar tərəfindən 1 milyard 780 milyon 600 min manat vəsait xərclənib. Bu, ötən ilin yanvarı ilə müqayisədə 2,8 faiz çoxdur.
Qeyd edək ki, 2021-ci ildə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər, tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları alıb.

Pərakəndə ticarət dövriyyəsi

Xatırladaq ki, 2022-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,6 milyard manatlıq, o cümlədən 2,0 milyard manatlıq ərzaq məhsulları, içkilər, tütün məmulatları, 1,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real istifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər, tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.

Alıcıların xərclədiyi vəsaitin 49 faizi ərzaq məhsullarının alınmasına sərf olunub

2022-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,0%-i ərzaq məhsullarının, 6,0%-i içkilər, tütün məmulatlarının, 14,8%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 5,0%-i avtomobil benzini, dizel yanacağının, 4,7%-i elektrik malları, mebellərin, 2,7%-i əczaçılıq məhsulları, tibbi ləvazimatların, 1,0%-i kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,1 faiz, fərdi sahibkarlar üzrə 0,2 faiz, bazar, yarmarkalarda 1,7 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Ac qalmayacağıq: Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı sistemli addımları
* Kimin pensiyası neçə manat artıb - DETALLAR -VİDEO
* Bananın bahalaşması təkcə Ekvadorla bağlı deyil, bazarda rəqabətli mühit yoxdur - Ekspert
* Bu il neftə güvənirlər, inflyasiyanın azalacağı gözlənilir - VİDEO
Xəbər lenti
0