Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov Laçında hərbi hissələrdə olub

© AR Ministry of DefenceMüdafiə naziri Laçın rayonunda yerləşən hərbi hissələrdə olu
Müdafiə naziri Laçın rayonunda yerləşən hərbi hissələrdə olu - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Şəxsi heyətin yaşayış yeri ilə tanış olan müdafiə nazirinə məruzə edilib ki, sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb.
BAKI, 11 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət aparan hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün görülən işlər davam etdirilir.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda dislokasiya olunan hərbi hissədə yeni tikilən və əsaslı təmir edilən hərbi infrastruktura baxış keçirib.
Qeyd edək ki, bu gün Kəlbəcər rayonu istiqamətində mövqelərimiz yenidən atəşə tutulub. Fevralın 11-i saat 08:50-dən 09:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Xatırladaq ki, dünən Kəlbəcər rayonunda səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunan hərbi infrastrukturun açılışında iştirak etmişdi.
Pulemyot, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Mövqelərimiz yenidən atəşə tutulub
Xəbər lenti
0