Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Türkiyənin məşhur aktyoru Fərda Aminə: "Gəl və şounu Türkiyədə göstər "

© Photo : Instagram / ferdakhudaverdiyev Fərda Amin
 Fərda Amin - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Həm Türkiyədə, həm Azərbaycanda müxtəlif film layihələrinə imza atan "Artlemma"nın istehsalı olan "Selfinaz 2"nin ssenarisini Təvəkkül T.Mehrəliyev və Fərda Amin qələmə alıb.
BAKI, 11 fevral — Sputnik. Türkiyəli tanınmış aktyor Aydemir Akbaş Fərda Aminə iş birliyi təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, Fərdanın 10 fevraldan etibarən "Park Cinema"da nümayişinə başlanan "Selfinaz 2" adlı "Stand Up" şousu ilə bağlı gözləntilərini və "Selfinaz 1" şousu ilə bağlı fikirlərini bildirən Akbaş, Fərdanı tamaşa üçün İstanbula dəvət edib.
"Sənə və bütün çəkiliş qrupuna uğurlar diləyirəm... Amma bir şey deyim: hər dəfə səni İstanbula çağıranda, deyirsən ki, işim var, işim var. Gəl və şounu Türkiyədə göstər", - deyə Akbaş bildirib.
Fərda Amin, həmkarının dəvətinə qarşılıq verməkdə gecikməyib: "Dəyərli Aydemir ağabəy, "Selfinaza" olan xoş münasibətin üçün çox təşəkkür edirəm. Səni çox sevirik. Yaxında İstanbulda görüşəcəyik, inşallah."
Qeyd edək ki, Aydemir Akbaş eyni zamanda, "Şaban Pabucu Yarım", "Atla Gəl Şaban" kimi bir çox sevilən filmin ssenaristidir. Son illərdə "Kolpaçino" filmlərinin bəyənilən "Sabri Abi" obrazını canlandırmasıyla böyük bir tamaşaçı kütləsinə xitab edən Akbaş, uzun illərdir özü kimi aktrisa olan Beyhan Akbaş ilə evlidir. Belə ki, hövsələsiz olduğu bilinən Aydemir Akbaş, Beyhan xanım ilə iki dəfə boşanıb, üç dəfə evlənməsiylə də öz sevənlərinin təbəssümünə səbəb olub.
Xatırladaq ki, "Selfinaz 2" artıq "Park Cinema" kinoteatrlar şəbəkəsində nümayişə başlayıb. Həm Türkiyədə, həm Azərbaycanda müxtəlif film layihələrinə imza atan "Artlemma"nın istehsalı olan "Selfinaz 2"nin ssenarisini Təvəkkül T.Mehrəliyev və Fərda Amin qələmə alıb. Baş prodüseri isə Rəsan Mehrəliyevdir.
Xəbər lenti
0