QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın mövcud olduğu ərazilərin 80%-i tarixi Azərbaycan torpaqlarıdır - Politoloq

© SputnikZəngəzur, arxiv şəkli
Zəngəzur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Azərbaycan müharibədən sonra dəfələrlə UNESCO-nun rəhbərliyinə yazılı və şifahi surətdə müraciət etdi ki, onlar gəlib faktaraşdırıcı missiya aparsınlar.
BAKI, 11 fevral — Sputnik. Azərbaycan müharibədən sonra dəfələrlə UNESCO-nun rəhbərliyinə yazılı və şifahi surətdə müraciət etdi ki, onlar gəlib faktaraşdırıcı missiya aparsınlar. Azərbaycan tərəfi istəyirdi ki, onlar gəlib işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə tanış olsunlar və anlasınlar ki, Ermənistanın aqressiv və işğalçı siyasəti nəticəsində bu ərazilər nə gündədir. Həmin ərazilərdə Azərbaycana məxsus misli-bərabəri olmayan tarixi irs yerlə-yeksan edilib. Faktiki olaraq bizim mədəni irsimizə qarşı soyqırım siyasəti reallaşdırılıb.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a UNESCO missiyasının göndərilməsini şərh edərkən belə deyib. O bildirib ki, UNESCO-nun hazırkı dövrdə fəaliyyətini əslində fəaliyyətsizlik kimi qiymətləndirir.
© Sputnik / Murad OrujovPolitoloq Tofiq Abbasov
Встреча с журналистами на тему Азербайджано-российский диалог за 25 лет: акценты и перспективы  - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Politoloq Tofiq Abbasov
UNESCO-nun Azərbaycan və Ermənistana missiya göndərməsi barədə razılıq ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə əldə olunmuşdu.
UNESCO ermənipərəst mövqedən çıxış edir
Politoloq qeyd edib ki, ermənilər azərbaycanlıların yaşadığı məkanda tarixin izlərini silməklə məşğuldurlar:

"Onlar bununla həmin ərazilərin əzəldən ermənilərə məxsus olduğunu göstərməyə çalışırlar. Bizim fəaliyyətimiz də buna yönəlmişdi ki, UNESCO bu soyqırım siyasətinə qarşı səsini çıxarsın, reaksiya versin. UNESCO əslində siyasətdən kənar təşkilatdır, ancaq görünən o oldu ki, bu təşkilat siyasi motivasiyasını dəf edə bilmir və ermənipərəst mövqedən çıxış edir".

Tofiq Abbasov bildirib ki, Azərbaycan təkcə işğaldan azad edilmiş ərazilərində deyil, bu gün müasir Ermənistan dövlətinin yerləşdiyi tarixi Azərbaycan torpaqlarında da faktaraşdırıcı missiyanın fəaliyyətini görmək istəyir:

"Müasir Ermənistan dövlətinin mövcud olduğu ərazilərin 80 faizə qədəri tarixi Azərbaycan torpaqlarıdır. Vaxtilə həmin yerlərdə çoxsaylı tarixi abidələr mövcud olub, amma həmin mədəni, mənəvi irsin böyük bir hissəsi ya dağıdılıb, ya da qədim erməni irsi kimi saxtalaşdırmalara məruz qalıb. Bütün bunları tarixi sənədlərlə, foto ekspozisiyalarla sübut etmək mümkündür. Ona görə də bizim üçün missiyanın bura gəlib öz mövqeyini bildirməsi vacibdir".

Sanksiya təcrübəsi var
"Beynəlxalq praktikada bu kimi araşdırmaların nəticəsi olaraq sanksiya təcrübəsi var. Azərbaycanın iddiası çox ciddi müraciətdir. Bu iddianın sübut oluna biləcək əsası var. Erməni işğalı tək islam abidələrini deyil, islamdan əvvəlki dövrə aid mədəni abidələri də məhv edib. Bu abidələr tək Azərbaycan xalqına deyil, dünya irsinə məxsusdur. Onlar oğurlayıblar, qarət ediblər. Edə bilmədiklərini isə yox etməklə yer üzündən siliblər", – deyə politoloq bildirib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də UNESCO-nun Ermənistana və Azərbaycana yaxın müddətdə missiya göndərməsi ilə bağlı əldə edilmiş razılığı alqışladığını açıqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 11.02.2022
QARABAĞ
XİN: Ermənistan razılığı təhrif etməyə çalışır
Xəbər lenti
0