Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Belarus və Rusiyanın "İttifaq qətiyyəti" ilə ABŞ-ın "Atlantik qətiyyəti" nə ilə fərqlənir?

© Sputnik / Константин Морозов / Mediabanka keçidRusiya-Belarus birgə təlimləri
Rusiya-Belarus birgə təlimləri - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Vladimir Putin Fransa Prezidenti Emmanuel Makrona təlimlərdən sonra 30 min Rusiya hərbçisini Belarusdan çıxaracağına söz verib.
Belarus və Rusiya qoşunlarının birgə manevrləri xarici təcavüzün qarşısını almağa həsr olunub və İttifaq dövlətinin ərazisində lokallaşdırılıb. Bu, ABŞ Ordusunun Belarus və ya Ukraynadakı hərbi əməliyyatlarını nəzərə alaraq xarici ərazilərdə - Şərqi Avropa ölkələrində həyata keçirilən Amerikanın "Atlantik qətiyyəti" rotasiyalarından köklü fərqlidir.
"İttifaq qətiyyəti - 2022" Minsk və Moskvanın Vaşinqtonun təcavüzkar və düşüncəsiz xarici siyasətinə birbaşa cavabıdır.
Belarus-Rusiya "İttifaq qətiyyəti - 2022" birgə təlimlərinin fəal mərhələsi 10-20 fevral tarixlərində baş tutacaq və Belarus ərazisindəki beş hərbi poliqonu və dörd hərbi aerodromunu əhatə edəcək. Müdafiə mövzuları manevrlərin əsas mərhələ və epizodlarını – dövlət sərhədinin möhkəmləndirilməsini, "düşmənin" təxribat-kəşfiyyat qruplarının bloklanması və məhv edilməsini, regionda münaqişədən sonrakı nizamlanmanı əks etdirir.
İki ölkənin birgə hərbi qruplaşmasının imkanları manevrlərin tapşırıqlarını inamla həll etməyə imkan verir. Xatırladaq ki, fevral ayında keçirilən döyüş hazırlığı tədbirlərinə, demək olar ki, bütün Belarus Respublikasının Silahlı Qüvvələri, yəni 45 minə yaxın "süngü", 600 tank, 1500 piyada döyüş maşını və zirehli transportyor, 900 artilleriya və raket qurğuları müxtəlif dərəcələrdə cəlb olunub.
Rusiya Prezidenti Vladimir Putin fevralın 7-də Fransa Prezidenti Emmanuel Makrona təlimlərdən sonra 30 min Rusiya hərbçisini Belarusdan çıxaracağına söz verib. Ümumilikdə, orada 70 mindən çox iştirakçı (müxtəlif mərhələlərdə), üstəlik Rusiyanın silah və döyüş texnikası mövcuddur.
Rusiya Şərq Hərbi Dairəsinin mütəxəssislərindən əlavə, Belarusa S-400 "Triumf" hava hücumundan müdafiə zenit-raket sistemləri, "Pantsir-S" hərbi hava hücumundan müdafiə sistemləri (qısa mənzilli), "İsgəndər" operativ-taktiki raket kompleksləri, Su-35 və Su-25SM hücum təyyarələri yerləşdirilib. Belarus Respublikasının hava məkanında Rusiya Aerokosmik Qüvvələrinin Tu-22M3 uzaqmənzilli bombardmançı raket daşıyıcıları patrul xidməti aparır.
Belarus torpaqlarında NATO peyklərini, radioaşkarlama və istiqamətləndirmə aviasiya kompleksini, F-16 və F-35 təyyarələrini, pilotsuz uçan aparatları və digər hava radarlarını (10 metrdən yüksəklikdə) 300 km radiusda söndürməyə və kor etməyə qadir olan "Krasuxa-4" uzaqmənzilli radioelektron döyüş sistemləri yerləşdirilib. Bunun dünyada analoqu yoxdur. Xatırladım ki, Suriyada "Krasuxa" kompleksi döyüş şəraitində (2015-ci ildə) ABŞ-ın xeyli sayda "Tomahavk" raketini hədəflərdən uzaqlaşdırıb.
Belarus və Rusiyanın "İttifaq qətiyyəti" müdafiə manevrlərin əməliyyat-strateji planı, texnoloji səviyyəsi, döyüş potensialı və coğrafi miqyası ABŞ Ordusunun Avropadakı "Atlantik qətiyyəti" parametrlərindən keyfiyyətcə üstündür.

"Barbarossa" parodiyası

ABŞ ordusunun "Atlantik qətiyyəti" missiyasının rəsmi məqsədi Rusiyanın "qarşısını almaq"dır (guya Avropa müttəfiqlərinin sakitliyi üçün), hərçənd ki, Vaşinqton 2014-cü ildə növbəti dəfə özünü saxlaya bilməyib Kiyevdə silahlı çevriliş təşkil edib və bundan sonra Ukraynada vətəndaş müharibəsi başlayıb, Krım isə Rusiya Federasiyasının tərkibinə qayıdıb. Pentaqonun bütün "qətiyyəti" hər il Donbasdan xeyli uzaqda olan Baltikyanı, Polşa, Rumıniya və onlarla başqa ölkələrdə müşahidə olunur.
Yazda ABŞ Ordusunun Avropada 4-cü piyada diviziyasının 3-cü zirehli tank briqadasının döyüş qrupunun yerləşdirilməsi ilə doqquzuncu "Atlantik qətiyyəti - 2022" missiyası baş tutacaq. Yeni kontingent - təxminən 1800 hərbçi, 50 helikopter, 1800 ədəd texnika və avadanlıq fevralın sonunda dəniz yolu ilə Dünkerk (Fransa) və Aleksandrupolis (Yunanıstan) limanlarına gələcək. Əsas qüvvələr Latviya, Polşa və Rumıniyada qabaqcıl iştirakı ilə Almaniyada yerləşdiriləcək. Rotasiya aprel ayında başa çatacaq.
Belə görünür ki, ikitərəfli və çoxmillətli "Atlantik qətiyyəti" təlimləri müttəfiq və tərəfdaş qüvvələrin qarşılıqlı fəaliyyət qabiliyyətini artırır, hərçənd ki, burada əsasən ABŞ zirehli texnikası, təyyarələri və xüsusi dəstə qrupunun hərəkəti müşahidə olunur. "Atlantik qətiyyəti" bütövlükdə Hitlerin "Barbarossa" planının parodiyasını xatırladır: Şimali Amerikadan gələn zirehli texnika Qərbi Avropa limanlarında yerləşdirilir və şərqə doğru istiqamətlənir, ancaq qoşunların sayı və keyfiyyəti Vaşinqtonun amansız bəyannamələrinə uyğun gəlmir.
Bu yaxınlarda təxminən 3800 əsgər, 80 tank, 130 "Bradley" döyüş maşını, 15 "Paladin" haubitsa, 1500 təkərli maşın və müxtəlif təyinatlı 85 helikopteri olan ABŞ Ordusunun 1-ci piyada diviziyasının 1-ci zirehli briqadası Avropaya (daimi yerləşdirmə yeri Kanzas ştatıdır) yerləşdirilib. Briqada əsasən Polşada yerləşir və Bolqarıstan, Macarıstan, Almaniya, Gürcüstan, Rumıniya, Slovakiya və Baltikyanı ölkələrdə fəaliyyət göstərir.
Qeyd etmək olar ki, Avropa TVD-də ABŞ ordusunun zirehli tank briqadası son dərəcə inandırıcı görünmür. ABŞ briqadası eni 20 km-dən çox olmayan cəbhəni müdafiə etmək üçün nəzərdə tutulub, NATO-nun Şərq cəbhəsinin ehtimal olunan uzunluğu isə 1500 km-ə (şimaldan cənuba) çata bilər.
Hətta ABŞ-ın tam tərkibli tank diviziyası maksimum 350 tank və 670 zirehli transportyorla silahlanmışdır. Silahlı münaqişə vəziyyətində bir briqadanın döyüş qrupu - bir neçə min ABŞ hərbçisi, 80-ə yaxın M-1 "Abrams" tankı və 100 "Bradley" piyada döyüş maşını heç bir xeyir verməyəcək.
Hərbi ehtiyat dolu təyyarələr və gəmilər ABŞ-dan Köhnə Dünyaya gedən yolda dərhal vurulub batırılacaq, Pentaqonun Avropa arsenalları yüksək dəqiqlikli silahlarla məhv ediləcək. Nəticədə "tərəfdaşlar" bir daha Dünkerk-1940 və ya Kabil-2021 üslubunda dramatik təxliyə nümayiş etdirəcəklər. Pentaqonun ən yaxşı vaxtlarında belə, 49 ölkədən 20 minlik müttəfiq və tərəfdaş korpuslarının dəstəkləri ilə 100 mindən çox ABŞ reyncerləri Əfqanıstan taliblərini aşağı intensivlikli əməliyyatlarda məğlub edə bilmədi.
1 milyondan bir az çox hərbi qulluqçusu olan ABŞ silahlı qüvvələri bu gün kəmiyyət və keyfiyyət cəhətdən eşelonlaşdırılmış hava hücumundan müdafiə, müasir zərbə aviasiyası, hipersəsli raketlər və nüvə başlıqları olan yüksək texnoloji düşmənə qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparmağa qadir deyildir. Rusiya ilə qarşıdurmada ABŞ Hərbi Hava Qüvvələri və NATO 80 faiz aviasiyadan asılı olan yerüstü qoşunlarını havadan müdafiə edə bilməyəcəklər. "İskəndər"lər və "Triumf"lar cəbhə xəttindən yüzlərlə kilometr məsafədə alyansın aerodromlarını və təyyarələrini məhv edəcəklər.
Avropada real üstünlük (döyüş potensialı) olmadıqda ABŞ hərbi rəhbərləri soyuq müharibə şablonları ilə düşünməyə davam edirlər və Belarus ərazisində Rusiya qoşunlarına qarşı bütün "atlantik qətiyyətlə" müqavimət göstərmək niyyətindədirlər. Qlobal təhlükəsizliyə laqeyd yanaşan "tərəfdaşlar" sözün əsl mənasında özlərini məhv etməyə can atırlar. Digər tərəfdən, Minsk və Moskva bu prosesi sürətləndirməyə və lokallaşdırmağa, yəni qüvvə və vasitələrdə operativ şəkildə onqat üstünlük yaratmağa, düşməni bir neçə saat ərzində məhv etməyə qadirdilər.
Buna görə də "Atlantik qətiyyəti" missiyaları qoşunların döyüş hazırlığını təqlid etməyə xidmət edir, Belarus-Rusiya "İttifaq qətiyyəti - 2022" manevrləri isə sülhə məcbur edilmənin formalarından biri olan kollektiv Qərbin texnoloji və geosiyasi alçaldılmasıdır.
Xəbər lenti
0