NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti yenidən artır

© REUTERS / Lucy NicholsonNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,23% aşağı düşərək, 1 bareli 89,67 ABŞ dolları təşkil edib.
BAKI, 11 fevral — Sputnik. Bahalaşan ABŞ dollarının təzyiqi altında neftin qiyməti aşağı düşüb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Şimal dənizində hasil olunan "Brent" neftinin aprel fyuçersləri 0,37% ucuzlaşaraq, 1 bareli 91,07 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,23% aşağı düşərək, 1 bareli 89,67 ABŞ dolları təşkil edib.
İndeksi 0,45% artaraq, 95,98 bəndə çatmış güclü ABŞ dolları neft bazarında mənfi dinamikaya səbəb olub.
Bu sıçrayışa ABŞ-da 1982-ci ilin fevral ayından sonra rekord səviyyədə inflyasiyanın müşahidə olunması səbəb olub. Belə ki, ötən ay ilə müqayisədə istehlak qiymətlərində artım illik ifadədə 7%-dən 7,5%-dək sürətlənib. Təkcə yanvar ayında isə qiymətlər 0,6% artıb.
Yüksək inflyasiya səviyyəsi ABŞ-ın Federal Ehtiyatlar Sistemini (FES) baza faiz dərəcəsini tezliklə artırmağa vadar edəcək ki, bu da milli valyuta üçün müsbət haldır.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, yaxud 0,79% artaraq 98,23 ABŞ dollarına çatıb.
Bu gün "Brent" markalı neftin bir bareli 91,03 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
OPEC+ gündəlik neft hasilatına dəyişiklik edib
Fevralın 2-də OPEC və qeyri-OPEC (OPEC+) nazirlərinin 25-ci iclası keçirilib.
Videoformatda keçirilən iclasda cari neft bazarının əsasları və perspektivləri ilə bağlı konsensus nəzərə alınmaqla, istehsalçı ölkələr istehsalın artırılması ilə bağlı qərar qəbul ediblər.
Qərara əsasən, 18 iyul 2021-ci ildə keçirilən iclasda təsdiq edilmiş hasilatın tənzimlənməsi planı və aylıq hasilatın tənzimlənməsi mexanizmini təsdiq edərək, əlavə edilmiş cədvələ uyğun olaraq, 2022-ci ilin mart ayı üçün aylıq ümumi hasilatın gündəlik 0,4 milyon barel artırılması qərarı təsdiqlənib.
Qeyd edək ki, OPEC-in iclasından sonra neft qiymətləri ucuzlaşmağa başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycan Moldovaya qaz üçün ciddi endirimlər etməyə hazırdırmı?
Azərbaycan ilə Moldova qaz məsələsində necə anlaşacaqlar? - Ekspert rəyləri
Xəbər lenti
0