Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əməkdar rəssam vəfat edib

© Photo : Ministry of Culture of the Republic of AzerbaijanFəxrəddin Əli Vəli, arxiv şəkli
Fəxrəddin Əli Vəli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb.
BAKI, 9 fevral — Sputnik. Miniatur ustası, Əməkdar rəssam Fəxrəddin Əli 84 yaşında vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya sənətşünas Ziyadxan Əliyev məlumat verib.
Qeyd edək ki, Fəxrəddin Əli Vəli 1938-ci ildə Zəngəzur mahalında anadan olub. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub.
1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb.1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib.
Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və başqa sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına çəkdiyi miniatürlər, "Şəhidlər" xalçası, şəxsi portretlər, Türkiyə mövzusunda əsər və bir neçə kitabın müəllifidir.
Əsərləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, eləcə də ölkəmizdə və xaricdə muzeylərdə saxlanılır.
Allah rəhmət eləsin!
Xəbər lenti
0