CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir il əvvəl həyat yoldaşına balta ilə ağır xəsarətlər yetirən şəxs bu gün onu öldürüb

© Sputnik / Murad OrujovPolis əməkdaşları, arxiv şəkli
Polis əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Həyat yoldaşını qətlə yetirən Mehdi Qarayev, həmçinin qonşuluqda yaşayan Qarayev İldırım Zirəddin oğluna atəş açaraq onu yaralayıb.
BAKI, 9 fevral — Sputnik. Yevlaxda qətl hadisəsi baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlaxın Hacıselli kəndində qeydə alınıb. Kənd sakini Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qafar qızına odlu silahdan atəş açıb. Qadın yerindəcə keçinib. Hadisənin səbəbi hələlik məlum deyil.
Həyat yoldaşını qətlə yetirən Mehdi Qarayev, həmçinin qonşuluqda yaşayan və qohumluq əlaqəsi olan, 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğluna atəş açaraq onu yaralayıb. Zirəddin Qarayev xəstəxanaya yerləşdirilib.
M.Qarayev saxlanılıb.
Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.
Məlumata görə, Mehdi Qarayev bir il əvvəl həyat yoldaşına balta ilə ağır xəsarətlər yetirib. O, bu əməli törətdikdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, bir müddətdən sonra azadlığa çıxıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda 39 yaşlı qadın qətlə yetirilib. Baş Prokurorluğun Mətbuat xidməti fevralın 7-də Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənaət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilmsəi barədə məlumat yayıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.
Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbər lenti
0