NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan ilə Moldova qaz məsələsində necə anlaşacaqlar? - Ekspert rəyləri

© REUTERS / GLEB GARANICHQaz anbarı
Qaz anbarı - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Şaban bu il ərzində bəzi Aİ ölkələrinin əlavə kiçik həcmdə Azərbaycan qazı alacağını da istisna etməyib.
BAKI, 9 fevral — Sputnik. Azərbaycan ilə Moldova arasında qaz məsələsində əməkdaşlığa dair heç bir problem yoxdur, odur ki, Azərbaycanın mavi yanacağının bu ölkəyə tədarükü barədə razılaşma baş tuta bilər. Bu barədə Sputnik Azərbaycan-la söhbətində Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Hazırda Moldovanın baş nazir müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanda ikigünlük səfərdədir.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə gerçəkləşdirilən səfərin məqsədi Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi, sərmayə və Cənub Qaz Dəhlizinin strateji vacibliyi kontekstində enerji sahələrində əməkdaşlığın möhkəmləndirilməsidir.
İqtisadçı İlham Şaban fevralın 4-də keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII iclasını xatırladıb. Həmin toplantıda Moldova ilk dəfə təmsil olunurdu.
Şaban əmindir ki, Avropa Azərbaycanı uzunmüddətli perspektivdə ticarət etmək və əməkdaşlığı gücləndirmək mümkün olan intizamlı qaz təchizatçısı kimi görür.

“Avropa ilə qaz əməkdaşlığının ikinci mərhələsinə başlamaq üçün yaxşı zəmin yaradılıb”, - o vurğulayıb və birinci mərhələnin yeddi il davam etdiyini əlavə edib.

İqtisadçı ehtimal edir ki, Avropa istehlakçıları tərəfindən əlavə həcmdə Azərbaycan qazının alqı-satqısı ilə bağlı sənədin imzalanması bir il ərzində baş tuta bilər.

Bundan sonra, “Abşeron” yatağının işlənməsinə və Cənub Qaz Dəhlizinin bütün magistral xəttinin genişləndirilməsinə başlanılacaq.

Şaban bu il ərzində bəzi Aİ ölkələrinin əlavə kiçik həcmdə Azərbaycan qazı alacağını da istisna etməyib.
"Azərbaycan qazının Moldovaya çatması üçün Transadriatik boru xətti ilə Bolqarıstanın interkonnektorla birləşməsi lazımdır. Onun işə salınması isə 2022-ci ilin ortalarında gözlənilir", - Şaban deyib.
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, Moldovanın qaz tədarükü ilə bağlı bəzi problemləri var.
“Keçən ilin sonunda Moldovanın “Qazprom”a əvvəlki illərdə yığılmış borcu ilə bağlı müəyyən çətinliklər yaranmışdı. “Qazprom” müqavilənin uzadılmasını həmin borca bağlamışdı.
Daha sonra, Moldova məcbur olaraq həmin borcun bir hissəsini ödəmişdi. Bu ilin yanvar ayından Moldovanın “Qazprom” tərəfindən qazla təminatı ilə bağlı müəyyən razılıq əldə olundu. Lakin Moldova alternativ mənbələrdən qaz almağa çalışır və Azərbaycanı bu alternativ mənbələrdən biri kimi görür”, - ekspert qeyd edib.
Cəfərli onu da əlavə edib ki, Azərbaycandan Moldovaya qaz tranzitində logistika problemi var. Çünki Azərbaycan qazı Bolqarıstan üzərindən ötürür. Moldovaya qədər isə qaz kəməri yoxdur. Yəni Moldova qazı Avropa ölkələrindən, məsələn Rumıniyadan revers yolu ilə ala bilər və ya Bolqarıstanla Rumıniya arasında bir svop anlaşması ola bilər ki, onun əvəzinə Rumıniya da Moldovaya qaz versin.
“Çox güman ki, texniki detallar bu səfər zamanı müzakirə olunacaq. Lakin böyük həcmdən söhbət getmir. Bütövlükdə Moldovanın qaz tələbatı 1,5-2 mlrd. kubmetr civarındadır”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Натик Джафарли - Sputnik Azərbaycan
Natiq Cəfərli
İqtisadçı
2021-ci ilin sonunda “Moldovaqaz” və Qazprom” arasında qaz tədarükü müqaviləsi 5 il müddətinə uzadılıb. Yanvarda Moldova üçün Rusiya qazının alış qiyməti 1000 kubmetr üçün 647 dollar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0